UEFA Superkuboku Rusiyadan alınacaq

UEFA Superkuboku Rusiyadan alınacaq
 

Paralel.az apasport.az-a istinadən bildirir ki, qitə futbol qurumu daha bir mötəbər matçı rusiyalılardan almağı planlaşdırır.

UEFA 2023-cü ildə Kazanda keçirilməsi qərara alınan Avropa Superkubokunun yerini dəyişməyi nəzərdən keçirir. Qurum hazırda gələn ilin avqustundakı həlledici matç üçün alternativ məkanları müzakirə edir. Bununla "Ak Bars Arena" UEFA Superkubokunun təşkil olunacağı ilk Rusiya stadionu olmaq şansını qaçıracaq.

Qeyd edək ki, UEFA Superkuboku Çempionlar Liqası və Avropa Liqasının son qalibləri arasında keçirilir.

0.013561010360718