Dünya çempionu sərxoş vəziyyətdə qalmaqal yaradıb

Dünya çempionu sərxoş vəziyyətdə qalmaqal yaradıb
 

Dünya Boks Şurasının (WBC) ağır çəkidə britaniyalı çempionu Tayson Fyuri Fransanın Kann şəhərində qalmaqallı hadisə ilə gündəmə gəlib.

Paralel.az xəbər verir ki, sosial şəbəkələrdə 34 yaşlı idmançının sərxoş vəziyyətdə videosu yayılıb. Görüntülərdən də aydın olduğu kimi, boksçunun atası onu maşına oturtmağa çalışsa da, sürücü içkili sərnişini daşımaqdan imtina edib.

Məşhur idmançı isə buna cavab olaraq, maşını təpikləyib.

Qeyd edək ki, Tayson Fyuri karyerası ərzində keçirdiyi 33 döyüşün 32 qələbə qazanıb, 1-də isə heç-heçə əldə edib.

0.01956582069397