Lukas Podolski Polşa klubu ilə müqaviləsini uzadıb

Lukas Podolski Polşa klubu ilə müqaviləsini uzadıb
 

Almaniya millisinin sabiq futbolçusu Lukas Podolski Polşanın "Qurnik" klubu ilə yeni müqavilə imzalayıb.

Paralel.az xəbər verir ki, 37 yaşlı hücumçunun sözləşməsinin müddəti 2023-cü ilin yayınadək uzadılıb.

Qeyd edək ki, Lukas Podolski 1985-ci ildə Polşanın Qlivitse şəhərində anadan olub. Təcrübəli forvard 2 il sonra ailəsi ilə birlikdə Almaniyaya köçüb. O, 2014-cü ildə Bundestimin heyətində dünya çempionu olub.

0.01372504234314