İdmançımız Sabir Zeynalov Avropa üçüncüsü oldu

İdmançımız Sabir Zeynalov Avropa üçüncüsü oldu
 

Paralel.az xəbər verir ki, 58 kq-da çıxış edən idmançı mübarizəyə 1/4 finaldan başlayıb. Bu mərhələdə özbəkistanlı Sanjarbəy Muntorova qalib gələn Zeynalov yarımfinala adlayıb və bürünc medalı təmin edib.

Finala gedən yolda onun rəqibi türkiyəli Əli Özcan olub. Rəqibinə uduzan Azərbaycan təmsilçisi 3-cü yerlə kifayətlənib.

Qeyd edək ki, 47 kq-da mübarizə aparan qadın parataekvondoçu Röyalə Fətəliyeva isə startda Türkiyə idmançısı Nurcihan Ekinci ilə dueldən məğlub ayrılaraq, medalsız qalıb.

0.014214992523193