İran Prezidenti İlham Əliyevi səfərə dəvət etdi

İran Prezidenti İlham Əliyevi səfərə dəvət etdi
 

Azərbaycan Prezidenti İlham Əliyev İrana səfərə dəvət olunub.

Paralel.az xəbər verir ki, Azərbaycanın İrandakı Səfirliyindən verilən məlumata görə, bu fikir Tehranda İran Prezidenti İbrahim Rəisi ilə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev arasında keçirilən görüşdə səsləndirilib.

Belə ki, İbrahim Rəisi İranın Azərbaycanla əlaqələrinin inkişafına xüsusi önəm verdiyini qeyd edərək səmimi salamlarının və İrana dəvətinin Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.

0.015461921691895