Rusiyanın "İrəvan" tamaşası

Rusiyanın 
 

Bu tamaşa Paşinyanın da işinə yarayır

Ermənistan müxalifətinin "etiraz aksiyaları" həftələrdir, davam edir. Hətta, "etirazçılar" bir neçə gün çadırlar quraraq İrəvanın "Fransa" meydanında gecələdilər. Belə görünür ki, Ermənistan muxalifəti Nikol Paşinyan iqtidarını devirməkdə israrlıdır. Hətta, Azərbaycan siyasətçiləri belə fikirlər səsləndirdilər ki, biz mümkün qədər Paşinyan iqtidarına dəstək verməliyik s. Bunu deyənlər əgər müstəqil mövqedən çıxış edərək bu fikirləri səsləndirsəydilər, bəlkə onları başa düşmək olardı. Amma bu məsələdən , Rusiyanın beşinci kalonunun "iyi gəlir". Lakin bu fikri səmimi səsləndirənlər var. Onların isə arqumenti ondan ibarətdir ki, son 30 ildə Ermənistan hakimiyyətinə Paşinyan qədər konstruktiv lider gəlməyib biz onu bu mövqeyinə görə müdafiə etməliyik. Bu biçim səmimi mövqe siyasi səhv olsa da, biz bu cür fikirlərə hörmətlə yanasırıq bu mühakimənin söykəndiyi həqiqətlərin olduğunu qeyd edirik. Lakin elə "siyasilər" var ki, Paşinyanın devrilməsini Azərbaycanın fəlakəti kimi qiymətləndirir Azərbaycan prezidentinə Paşinyanı vəziyyətdən çıxarmaq üçün müəyyən güzəştlərə getməyi, onu seçim qarşısında qoymamağı məsləhət görür. Bu tam olaraq Rusiyanın Azərbaycandakı beşinci kalonunun mövqeyidir Rusiyanın Cənubi Qafqaz siyasətinə "ayı xidməti" göstərir.

İndi hadisələrin xronoloji ardıcıllığına nəzər salaq. Dövlət başçılarının Şarl Mişelin vasitəçiliyi ilə Brüssel görüşü iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində uğurlu bir addım oldu. Ona görə ki, Ermənistan tərəfi Azərbaycanın beş bənddən ibarət təklifini müsbət qarşıladı, heç bir irad etirazın olmadığını bildirdi. Brüssel görüşünün nəticəsi olaraq aprel ayının sonuna qədər sərhədlərin delimitasiyasi demarkasiyasinin aparılması, eləcə sülh sazişının hazırlanması üçün yaradılacaq ikitərəfli komissiyanın ilk iclası keçirilməli idi. Dövlət başçıları bu barədə öhdəlik götürmüşdülər. Lakin artıq may ayının ikinci dekadasini başa vurmaqdayıq, amma ikitərəfli komissiyanın özü hələ ortalıqda yoxdur. Elə isə məsələyə hansı qüvvə mane olur - bunu yəqin ki, hər kəs anlayır, bu işdə yeganə maraqlı tərəf Moskvadır. Burssel görüşündə qəbul edilən qərarların icrası o deməkdir ki, Rusiya artıq münaqişənin həllindən kənarlaşdırılır başı Ukraynadaki "xüsusi əməliyyat"a hər qədər qarışsa da, Rusiya buna seyriçi mövqedə qala bilməzdi. Belə ki, Burssel görüşündən sonra Nikol Paşinyan Moslvaya çağırılaraq əldə edilən razılaşmanın pozulması istiqamətində tapşırıq aldı. Paşinyanın bu məsələyə həvəslə razılaşması ya zorlanması, artıq müzakirə mövzusu deyil, Azərbaycan üçün ciddi əhəmiyyət kəsb etmir. Əhəmiyyətli olan odur ki, Paşinyan Burssel razılaşmasını dalana dirəməyə razılaşıb. Çünki Paşinyan Brüsseldə Azərbaycanın beş təklifinə heç bir irad bildirmədi, səfərdən qayıdandan sonra isə cəmiyyətə açıq şəkildə bəyan etdi ki, bizim başqa yolumuz yoxdur, biz erməni xalqını qurbanlıq qoyun statusundan çıxarmalıyıq. Amma Moskva görüşündən sonra Azərbaycanın Brüsseldə irəli sürdüyü beş bəndlik təklifinə Ermənistanın altı bəndlik əlavəsi peyda oldu. Ötən həftə erməni hüquq müdafiəçisi, politoloq Edmon Marukyanın açıqladığı altı bəndlik əlavədə yer alan fərqli iki təklif var: 1) Dağlıq Qrabağin (təklifdə "Artsax" yazılıb - red.A.N.) statusunun müəyyənləşdirilməsi; 2) danışıqların ATƏT-in Minsk Qrupu çərçivəsində davam etdirilməsi. Ermənistanda yaxşı başa düşürlər ki, Azərbaycan hakimiyyəti bu iki təklifin heç birini qəbul etməyəcək. Hətta, Brüssel görüşündən dərhal sonra Paşinyan parlamentdəki çıxışında vurğuladı ki, Qarabağ məsələsində bizim ərazi iddamiz yoxdur, biz yalnız orada yaşayan ermənilərin hüquqlarının qorunmasına təminat istəyirik. Bu təminatı da Azərbaycan tərəfi onlara öz vətəndaşı səviyyəsində verməyə hazır olduğunu bəyan etdi. Moskva görüşündən sonra isə vəziyyət tamamilə dəyişdi - yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanın qəti olaraq qəbul etmədiyi fərqlərə malik altı bəndlik əlavələr ortaya çıxdı Ermənistan muxalifəti etiraz aksiyalarına başladı.

Ermənistanda keçirilən "etiraz aksiyaları"nın müşahidələri bizim müəyyən qənaətə gəlməyimizə əsas verir. Etirazçılar qədər "vətənpərvər" şüarlar səsləndirsələr , küçədə gecələsələr , yolları kəssələr kütləviliyə nail ola bilmirlər. Buna baxmayaraq, aksiyaları davam etdirməkdə israrlı görünürlər. Birincisi, aksiyaların kutləviləşməməsinin səbəbi ortada cəmiyyətin inandığı samballı liderin olmamasıdır. İkincisi isə etiraz aksiyalarının arxasında erməni xalqının 30 ilini oğurlayan Robert Köçəryan-Şeri Sarkisyan tandeminin dayanmasıdır. Aksiyalar faktiki olaraq bu qaragüruh siyasətçilərinin ötür-düyü maliyyə vəsaiti ilə təşkil olunur. Ona görə cəmiyyət etirazçılara dəstək vermir verməyəcək ... Bu gün Paşinyan iqtidarından narazı olan insanlar belə, indiki siyasi müxalifətə dəstək vermir. Bu səbəbdən Azərbaycanda Paşinyan iqtidarının devriləcəyindən ehtiyat edən səmimi siyasətçilər tam arxayın ola bilər ki, bu baş verməyəcək. Sadəcə olaraq, bu gün Paşinyanın yaranmış vəziyyətdən sui-istifadəsinin qarşısını almaq Azərbaycan tərəfinin qarşısında duran əsas vəzifədir.

Hazırda mitinqlərin davam etməsi, Paşinyana əsas verir ki, Azərbaycan qarşısında manevr edərək prosesləri maksimum dərəcədə uzatsın. Bu, Kremilin istədiyi optimal variantdır. Paşinyan düşünür ki, zamanın uzanması ilə Ermənistan heç itirmir, itirməli olduqlarını zatən itirib. Amma Ukrayna müharibəsindən Rusiya güclü çıxarsa, o zaman Qarabağın statusu barədə israr etmək ya Qarabağın Rusiyaya birləşdirmək üçün şərait yarana bilər. Ona görə , çox güman ki, Paşinyan etiraz aksiyalarını əsas gətirərək Azərbaycan tərəfinə tələsməməyi məsləhət bilir. Digər tərəfdən, bu istiqamətdə Azərbaycan iqtidarına Moskvanın da təzyiqləri sözsüz ki, mövcuddur. Azərbaycan hökuməti Ermənistan iqtidarının məsləhətlərinə, Rusiyanın təzyiqlərinə əhəmiyyət vermədən İrəvanda Brüsseldə götürdüyü öhdəliklərin yerinə yetirilməsini israrla tələb etməlidir. Azərbaycan tərəfi Ermənistan tərəfindən öhdəliklərin icrasına dair qrafik almalı bu qrafikə uyğun, ardıcıl olaraq proses həyata keçirilməlidir. Bu israrlı tələb həm Azərbaycanın nüfuzunu dünyanın demokratik kəsiminin gözündə qaldıra bilər. Çünki Azərbaycanın tələbləri Qərb ABŞ tərəfindən münaqişənin həllinin Rusiyanın siyasi inhisarında çıxarılması cəhdi kimi de-sifrə ediləcək.

Bütün bunlarla yanaşı, sülh sazişinin sərhədlərin müəyyənləşdirilməsinin uzanması Azərbaycanın zərərinə olmasa da, xeyirinə işləmir. Amma son illərin müşahidələri göstərir ki, dünya sürətlə dəyişməyə meyillidir. Bir ildən sonra regionda elə gözlənilməz dəyişikliklər baş verər ki, bu Azərbaycanın məğlubiyyəti ilə nəticələnə bilər.

Məsələn, Rusiya artıq post-sovet məkanında yaratdığı münaqişə ocaqlarının - Osetyanı, Dnestryanını, Xersonu özünə birləşdirmək barədə fikirlər sifariş edir. Belə fikirlər artıq Qarabağ haqqında da səsləndirilib bu istiqamətdə addımlar da atılıb. Təsadüfi deyil ki, qondarma rejim rus sülhməramlılarının məsuliyyət zonasında olan Azərbaycan ərazilərində - Qarabağda rus dilini ikinci dövlət dili elan edib. Prosesin qarşısının alınması üçün Azərbaycan Brüssel danışıqlarının öhdəliklərinin icrası istiqamətində fəaliyyətini intensivləsdirməkdir. İndiki şəraitdə Ermənistan seçim qarşısında qoyulmalıdır. Azərbaycan israr etsə, buna Rusiya da müqavimət göstərə bilməyəcək.

0.019457101821899