Azərbaycanın taxıl Fondunda nə qədər taxıl var?

Azərbaycanın taxıl Fondunda nə qədər taxıl var?
 

Sual FHN-nin şefi Kəmaləddin Heydərova ünvanlanmalıdır

Pandemiyanın başa çatdığı ərəfədə Rusiya-Ukrayna müharibəsinin başlanması dünyanın ərzaq təminatında, əsasən ərzaq buğdası bitki yağları tədarükündə ciddi çatışmazlıqlar yarandı. Çünki Rusiya Ukrayna Avropa ölkələrinin taxıla olan tələbatının 60, bitki yağlarına olan tələbatının isə 70 faizindən çoxunu təmin edirdi. Hazırda Rusiya tətbiq edilən sanksiyalar altında, Ukrayna isə limanlardan məhrum olduğuna görə, buğda bitki yağları ixracatını dəfələrlə azaldıb. Bu isə Avropada dünyanın digər ölkələrində ərzaq qıtlığına ərzaq məhsullarının bahalaşmasına gətirib çıxarıb. Hazırda Avropa birjalarında ərzaq buğdasının bir tonu 450-480 dollar arasında tərəddüd edir. Bitki yağlarının qiməti isə artıq dəfələrlə bahalaşıb bu bahalaşma davam edir.

Digər tərəfdən isə dünyanın ən böyük buğda istehsalçılarından olan Hindistan ölkədəki iqlim şəraiti artan inflyasiya səbəbindən məhsul ixracına qadağa qoyub. Hindistanda istilərin 50 dərəsəyə qədər qalxması, məhsulu məhv olmaq təhlükəsi ilə üzləşdirib. Anomal istilər fonunda Hindistan ərazisində həm sel daşqınlar çoxalıb ki, bu da taxıl zəmilərinin bir hissəsini yuyub aparıb. Eyni səbəbdən Pakistan da ölkədən taxıl ixracına qadağa qoymağa hazırlaşır.

Rusiya-Ukrayna müharibəsindən sonra buğda tədarükü çətinləşəndə bir çox ölkələr ümidlərini Hindistana bağlamışdı. Bu ölkənin ixrac qapılarını bağlaması unun qiymətində anormal artım məsələsini aktual müzakirə predmetinə çevirib.

ABŞ Kənd Təsərrüfatı Nazirliyinin (USDA) açıqladığı proqnozlar, buğda istehsalı ilə bağlı narahatlıqları bir qədər artırıb.

USDA-nın proqnozlarına əsasən, 2022-2023- il mövsümündə buğda istehsalı Ukraynada (11,2 milyon ton), Avropa Birliyində (1,9 milyon ton), Çində (1,9 milyon ton), Argentinada (2,2 milyon ton), Mərakeşdə (5,5 milyon ton), Hindistanda (1,1 milyon ton), Pakistanda (1,1 milyon ton) - ümumilikdə 24 milyon tona yaxın azalacaq. Qazaxıstanda (1,2 milyon ton), Kanadada (11,3 milyon ton), Rusiyada (4,5 milyon ton), Türkiyədə (1,5 milyon ton), İranda (1,2 milyon ton), Misirdə (0,8 milyon ton) Braziliyada (0,8 milyon ton) - 21 milyon ton artacaq. Beləliklə, bu mövsümdə qlobal buğda istehsalı 4,5 milyon ton azalmaqla 774,8 milyon ton təşkil edəcək.

USDA-nın gözləntilərinə əsasən bu il dünyada buğda istehlakı 3 milyon ton azalmaqla 787,5 milyon ton təşkil edəcək. USDA bu il buğdadan heyvan yemi kimi istifadənin azalacağı, insanların istehlakının artacağını gözləyir. Nəticədə istehlak istehsalı üstələdiyinə görə, dünyada buğda ehtiyatları son 6 ildə ən aşağı səviyyəyə - 267 milyon tona düşəcək.

Analitiklərə görə, USDA-nın proqnozları qlobal bazarlarda buğdanın qiymətinin artmasına zəmin yaradıb.

Avropa İttifaqının Xarici Əlaqələr Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cosep Borrell Brüsseldə keçirilən Xarici İşlər Nazirləri toplantısında bildirib ki, Ukraynanın taxıl anbarları doludur bu anbarların yeni məhsulu qəbul etməsi üçün məhsullar dərhal göndərilməlidir: "Odessa limanındakı blokadanın aradan qaldırılması ehtimalı da daxil olmaqla, müxtəlif ideyalar var, lakin bu, hələ reallaşmayıb".

Məlum olduğu kimi, Azərbaycan da ərzaq buğdasına olan tələbatın 80 faizinə yaxınını idxal hesabına ödəyir. Ölkəyə buğda idxalının 2020-ci ildə 85, 2022-ci ildə isə 95 faizi Rusiyadan idxal edilib. Həmin vaxt Azərbaycan sahibkarları buğdanın bir tonunun Rusiyadan orta hesabla 200 dollara alıb. İndi isə dünya birjalarında ərzaq buğdasının qiyməti bundan 2,5-2,6 dəfə bahadır. buğda qıtlığından qorumaq üçün hansı tədbirlərə əl atmalıdır? Bu məsələ hamını düşündürür. Azərbaycanın hökumət yetkililəri cəmiyyətdəki narahatlığı aradan qaldırmaq üçün bəyanatlar verirlər ki, guya hökumətin kifayət qədər buğda ehtiyatı var. Fövqaladə Hallar Nazirliyinin Ştrateji Taxıl Fondunda, əslində 800 min ton ərzaq buğdası ehtiyatı olmalıdır ki, bu da Azərbaycanın buğdaya olan illik tələbatının yarısını təşkil edir. İndi nazirlik rəsmiləri medianın sorğusuna dəqiq cavab vermir ki, fondda qədər taxıl ehtiyatı var. Bu isə onu deməyə əsas verir ki, həmin fondda ya ümumiyyətlə, buğda yoxdur - Kəmaləddin Heydərov satıb xərcləyib, ya da çox cüzi həcmdə taxıl ehtiyatı mövcuddur. Birincisi, hökumət taxıl ehtiyatının həcmini dəqiqləşdirməli, bununla da maksimum taxıl idxalının həcmini müəyyənləşdirməlidir. Çünki bu il taxıl ehtiyatından istifadə etməklə idxalı ixtisar etmək vacibdir. Bu fond da zatən, elə bu cür fors-major şəraiti üçün yaradılıb. Fondun nizamnaməsində göstərilir ki, fondun anbarlarındakı ehtiyatlar 800 min tondan az olmamalıdır. İndi söz Kamaləddin Heydərovdadır - fondda 800 min ton ərzaq buğdası varmı?

Bununla yanaşı ölkəyə taxıl idxalı diversifikasiya edilməli, müxtəlif mənbələrdən mümkün idxal potensialı reallaşdırılmalıdır. Artıq perspektiv üçün hökumət taxıl istehsalını ölkədə dirçəltmək məqsədi ilə İsrail fermerlərilə əlaqələr yaradıb. İsrail fermerrlərinin köməyi ilə bir il ərzində Azərbaycan taxıl idxal edən ölkədən taxıl ixracatçısına çevrilə bilər. Bunun üçün ərzaq buğdasının məhsuldarlığını 30 sentnerdən 50 sentnerə qaldırmaq kifayət edir. Hazırda inkişaf etmiş ölkələrdə ərzaq buğdasının orta məhsuldarlığı 60 sentnerdir.

 

 

0.051256895065308