AZAL-ın sahibi Cahangir Əsgərov dövləti talayıb ailəsinə zəngin həyat yaşadır...

AZAL-ın sahibi Cahangir Əsgərov dövləti talayıb ailəsinə zəngin həyat yaşadır...
 

Hazırda "AZAL" şirkətinin dövlətə 1.7 milyard manay borcu var!

Əslində, dövlət büdcəsini talayan Cahangir Əsgərov və onun biznesmen xanımından dövlət orqanarı istəsə, borcdan iki-üç qat əlavə çox pul çıxara bilər. Lakin əsgərovlar ailəsinin ölkədəki durumundan xəbərdar olan xalq inanmır ki, "AZAL" şirkətinə hansısa dövlət qurumu risk edib onlardan dövlət borcunun ödənməsini tələb edə bilər. Çünki məlum səbəbə görə əsgərovlar ailəsi xüsusi toxunulmazlıq lisenziyasına malikdir. Hətta AZAL-ın düşürüldüyü borc durumundan əsgərovlar ailəsini qurtarmaq üçün onların borcunu dövlət özü ödəmək zorundadır...

"AZAL" şirkətinə məxsus bütün təyyarələrin dövlət büdcəsinin vəsaiti hesabına alındığını, ölkədə bütün aeroportlarının dövlət büdcəsi hesabına tikildiyini, bunun üçün hər il dövlət büdcəsindən milyonlarla subsidiyalar ayrıldığını hər kəs bilir. Dünyada təyyarə biletlərini ölkə vətəndaşlarına ən baha qiymətə satan şirkətin də AZAL olduğunu bilməyən yoxdur!

Bunla belə "AZAL" şirkəti tərəfindən yayılan açıqlamada bildirilir ki, şirkət 2019-cu ildə 78 milyon 770 min manat, 2020-ci ildə isə, 76 milyon manat zərərlə işləyib. Sual olunur, dünyada ən baha bilet satdığı halda, AZAL şirkəti niyə zərərlə işləyir?! Onu da qeyd edək ki, AZAL şirkəti 2020-ci ildə dövlətdən 232 milyon 82 min manat subsidiya alıb!

Bəs bu qədər dövlət pulu hara və kimin cibinə gedir, Hesablama Palatası dövlət büdcəsinin bu cür talanmasına niyə göz yumur?! Baxın, AZAL şirkəti hər il böyük zərərlə işləyir, amma Cahangir Əsgərovun ailəsi isə, xarici ölkələrdə yerləşən biznes şəbəkələrini hər il genişləndirirlər! Bəs ailə Azərbaycanda, Rusiyada, Gürcüstanda, Çexiyada, İngiltərədə, Türkiyədə şirkətləri, hotelləri, restoranları və malikanələri nə ilə alır?!

Cahangir Əsgərovun ailəsi, hətta pandemiyanın tüğyan etdiyi 2019-2020 illərdə Londonda yeni şirkətlər açıb. Cahangir Əsgərovun qızının 2019-cu ildə Londonda açdığı sayca yeddinci şirkətin - “MRCR Art Limited”in aktivləri artıq 31 milyon funtdan çoxdur. Bundan əlavə, Cahangir Əsgərovun qızı Cəmilə Əsgərova Londonda yeni “Jazmena LTD” adlı növbəti şirkətini təsis edib. Ümumi olaraq AZAL rəhbərinin İngiltərədə ailəsinə məxsus olan şirkətlərin aktivləri birlikdə 100 milyon manatdan çox pula malikdir.
Azərbaycanda şəhid ailələrinin, əlil qazilərin və müharibə veteranlarının ehtiyac üzündən etdikləri harayın qulaq batırdığı, xalqın 80 faizinin bir tikə çörəyə möhtac olduğu vaxtda hər il dövlətə milyonlarla ziyan vuran və zərərlə işləyən AZAL şirkətinin sahibi Cahangir Əsgərovun ailəsinin Londonda zəngin həyat yaşamasına nə ad vermək olar?! Bunun yalnız bir adı var: - dövlətə və xalqa xəyanət!!!..

0.012792825698853