NÖVBƏTİ “SƏYYAR QƏBUL OTAĞI” QUSAR RAYONUNDA QURULDU
-FOTO

NÖVBƏTİ “SƏYYAR QƏBUL OTAĞI” QUSAR RAYONUNDA QURULDU-FOTO
 

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin vətəndaşların qaz təchizatına dair problem və təkliflərinin birbaşa Birlik rəhbərliyinə çatdırılması üçün başlatdığı “Açıq mikrofon” aksiyası davamlı şəkildə təşkil olunur. Növbəti “Səyyar qəbul otağı” Qusar rayonunda qurulub.
Paralel.az xəbər verir ki, Qusar rayonunun Hil, Xürəl, Avaran, Yasab, Bala Qusar, Köhnə Xudat, Köhnə Xudat Qazmalar, İmamqulukənd, Həsənqala kəndlərinin sakinləri aksiyaya qoşulublar. Görüş zamanı əsasən kəndlərin və yeni yaşayış massivlərinin qazlaşdırılması, qapı keçidinin quraşdırılması və digər müraciətlər daxil olub. “Azəriqaz” İB-nin Yeni qazlaşma və inkişaf şöbəsinin rəis müavini İlham Mehbalıyev və Xaçmaz Regional qaz istismarı İdarəsinin rəhbərliyi vətəndaşları narahat edən məsələlərlə yerindəcə tanış olaraq, hər bir vətəndaşı fərdi olaraq dinləyiblər. Daxil olan bir sıra müraciətlərin araşdırılması ilə bağlı yerindəcə tapşırıq verilib. Sakinlərin ünvanladığı hər bir müraciətin Birlik rəhbərliyinə çatdırılacağı bildirilib.

0.055065870285034