SOCAR “Azəriqaz” İB-də işçi görüşü keçirilib- FOTO

SOCAR “Azəriqaz” İB-də işçi görüşü keçirilib- FOTO
 

 

SOCAR-ın 2035-ci ilə qədər korporativ inkişaf strategiyasına uyğun olaraq, Azərbaycan Respublikasında təbii qazın qəbulu, nəqli və satışı sahəsində biznes fəaliyyətinin təkmilləşdirilməsi, optimallaşdırılması, əməliyyat səmərəliliyinin artırılması, habelə optimal əməliyyat modelinin yaradılması məqsədi ilə SOCAR “Azəriqaz” İstehsalat Birliyi ilə BCG (Boston Consulting Group) şirkəti arasında işçi görüş keçirilib.

Paralel.az xəbər verir ki, görüşdə ölkəmizdə təbii qazın qəbulu, nəqli və satışı sahəsində əməliyyat funksiyaları, vəzifə bölgüsü, respublikada qaz təchizatı sahəsinə aid qanunvericilikdə və digər normativ-hüquqi aktlardakı yeniliklər barədə fikir mübadiləsi aparılıb.

Görüş zamanı, həmçinin tərəfləri maraqlandıran digər məsələlər də müzakirə predmeti olub.

 

0.013082027435303