Başqalarına etibarnamə verməyin - Bir gün sizində başınıza gələ bilər

Başqalarına etibarnamə verməyin - Bir gün sizində başınıza gələ bilər
 

Böyük məbləğdə vergi borcları və bundan məlumatsız qalan zərərçəkənlər...

Paralel.az xezerxeber-ə istinadən xəbər verir ki, son zamanlar etibardan sui-istifadə edərək qanunsuz gəlir əldə etmək istəyənlərin sayı artıb. Məsələn, Nicat Səfərovun adına 5 şirkət, 261 min manat vergi borcu, Elvin Rəsulovun 100 min manat, Adil Həsənovun isə 70 min manat vergi borcu yaranıb. Ancaq onlar bu borclardan yalnız Dövlət Vergi Xidməti tətəfindən göndərilən bildirişdən sonra xəbər tutduqlarını iddia edirlər. Yəni özlərinin də məlumatı olmadan adlarına vergi şəhadətnamələri açılıb, külli miqdarda borc yığılıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin şöbə rəsisi Leyla Hüseynzadə "Xəbər Ertəsi"nə bildirib ki, bu cür qanunsuz əməllər əksər hallarda vətəndaşlardan  etibarnamə alınmaqla, yaxud onlara məxsus elektron imzalardan istifadə edilməklə həyata keçirilib.  Nəticədə, həmin hüquqi şəxslərin böyük məbləğlərdə vergi borcları yaranıb. 

Leyla Hüseynzadə deyib ki, vətəndaşların 3-cü şəxslər vasitəsilə həyata keçirdikləri istənilən qeydiyyat prosesi onları gələcəkdə bu və ya digər şəkildə hüquqi məsuliyyətin subyektinə çevirir. İnsanlar, xüsusilə,  məzmununu anlamadıqları sənədlərə imza atmamalı, özlərinə məxsus elektron imzanı başqa şəxslərə etibar etməməlidirlər.

Qurum rəsmisi onu da qeyd edib ki, hüquqi şəxslərin dövlət büdcəsinə yaranan borcla bağlı məhkəmə qərarı varsa, onların ölkədən çıxması müvəqqəti məhdudlaşdırılır. Bu məbləğ küllü miqdarda olarsa, həmin hüquqi şəxslər barəsində cinayət işi açılır. 

0.033023118972778