Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının görüşü başlayıb - Düşənbədə

Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının görüşü başlayıb - Düşənbədə
 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Rusiyanın XİN başçısı Sergey Lavrov və ermənistanlı həmkarı Ararat Mirzoyan arasında görüş keçirilir.

Paralel.az ” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarov teleqramda məlumat yayıb.

Qeyd edək ki, əvvəlcədən razılaşdırıldığı kimi, nazirlərin görüşündə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması və sərhədlərin delmitasiya və demarkasiyası ilə bağlı məsələləri müzakirə olunacaqdır

Qeyd edək ki, görüş Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB XİN başçıları Şurasının toplantısı çərçivəsində keçirilir.

0.023116827011108