Faşizm üzərində qələbə şəriksiz SSRİ-yə məxsusdur?!

Faşizm üzərində qələbə şəriksiz SSRİ-yə məxsusdur?!
 

9 May - Qələbə Gününün sovet vətəndaşlarından gizlədilən tərəfləri

Düz 77 il əvvəl dünya faşizm adlı bəladan qurtula bildi. Faşizmin vətəni İtaliya hesab edilir.  Milli Faşist Partiyası 1921-ci ildə Benito Mussolini tərəfindən yaradılıb. Bu ilk olaraq faşizm ideologiyasını reallaşdıran siyasi partiya olub. Bu partiyanın əsasını 1919-cu ildə Benito Mussolini tərəfindən yaradılan "Faşist mübarizə dəstələrinin ittifaqı" təşkil edib. Məhz bu təşkilat, daha da formalaşdırılaraq 1921-ci ilin 9 noyabr tarixində Milli Faşist Partiyasına (MFŞ) çevrilib. MFŞ 1922-ci ildə İtalyada hakimiyyətə gəlib. Lakin dünyanı lərzəyə gətirən isə 1933- ildə Almaniyada hakimiyyətə gələn Adolf Hitlerin Nasional Sosialist Alman Fəhlə Partiyası (NSDAP) oldu. 1941-ci ilə - SSRİ- hücum edənə qədər Hitler bütün Avropanı işğal etmişdi. Müharibənin ilk vaxtlarında sovet ordusu da faşistlər qarşısında dirəniş göstərə bilmədi. Onlar sürətlə Moskva ətrafına qədər olan bütün əraziləri işğal etdi, Sankt-Peterburq şəhəri 1418 gün mühasirədə qaldı. Bizə belə təqdim edilirdi ki, Stalin Moskvanı tərk etmədi, sovet əsgəri isə arxada Moskva olduğu üçün dirəniş göstərdi, öldü dönmədi. Lakin bu bir tarixi faktdır ki, həmin vaxt ölkənin siyasi mərkəzi, V.İ.Leninin nəşidə daxil Sibirə - ölkənin dərinliklərinə köçürülmüşdü. Stalinin Moskvadan çıxmamasına gəldikdə isə bu sadəcə bir təbliğat idi. Bəs, sovet vətəndaşlarına faşizm üzərində SSRİ-nin şəriksiz qələbəsi kimi sırınan "QƏLƏBƏ" necə əldə edilib?

Əlbəttə, ilk növbədə işğal edilmiş Avropa ölkələrində cəmiyyət dinc dayanmamışdı, bütün Avropanı işğalın ilk günlərindən partizan hərəkatı buruməyə başlamışdı. Hətta sovet əsgərlərindən əsir düşmüş şəxslər belə, bu partizan dəstələrinə qoşularaq faşizmə qarşı mübarizə aparır, təxribatlarla onları zəiflədirdilər. Lakin bu hərəkatdan sovet rəhbərliyinin heç bir xəbəri yox idi. Belə şəxslərdən əksəriyyətimiz tanıdığı iki əfsanəvi partizan haqqında asağıda bəhs edəcəyik. Bu məsələnin bir tərəfidir ki, sovet əsgəri ilə bərabər müxtəlif xalqların cəmləşdiyi yüzminlərlə partizan dəstəsi faşizmə qarşı döyüşürdü.

Bununla yanası, ABŞ prezidenti tərəfindən 1941-ic ilin mart ayında imzalanan Lend-Lease proqramı İkinci Dünya Müharibəsi zamanı müttəfiqlərə hər cür yardımı özündə ehtiva edirdi. Yəni prezident F.Ruzvelt tərəfindən bu sənəd imzalananda hələ Almaniya SSRİ- hücum etməmişdi.

Aşağıdakı siyahı SSRİ-nin 1941-1945-ci illərdə ABŞ-dan Lend-Lease əsasında aldıği yardımın həcmini aydın şəkildə əks etdirir:

- 409 min yük maşını,

- 13,3 min yük maşını traktor,

- 18,7 min təyyarə,

-12,5 min tank özüyeriyən silah,

- 90 yük gəmisi,

- 105 sualtı qayıq əleyhinə gəmi,

- 1900 lokomotiv 11000 vaqon,

- 4,5 milyon ton ərzaq.

Bundan əlavə Böyük Britaniyanın da SSRİ- on milyardlarla funt sterlinq dəyərində müxtəlif növ yardımları olub.

SSRİ rəhbərliyi isə deyirdi ki, müharibəni sovet xalqı uddu - bəs nəyin hesabına, öz gücünəmi? O vaxtkı 50 milyard dollar indiki 50 trilyon dollardan on dəfələrlə dəyərli idi. Həmin vaxt ABŞ SSRİ- 50 milyard dollar həcmində yardım edib. Bu SSRİ tarixində bir cümlə ilə belə ifadə edilməyib... Səbəb hədəf bəlli idi. Bir tərəfdən, Stalinin özünəvurğunliğu özündən razılığı, digər tərəfdən isə SSRİ rəhbərliyinin planlaşdırdığı siyasət həqiqətlərin xalqa çatdırılması ilə bir-birinə uyğun gəlmirdi. Bəlkə Stalinin ölkəni dünyadan təcrid etməsinin ilkin səbəbi elə bu həqiqətlərin ört-basdır edilməsi məqsədi ilə reallaşıb. Sonrakı rəhbərlik isə bu siyasətin idarəetməni asanlaşdırdığı hiss etdiyindən, U.Çorcelin təbiri ilə desək, sovet xalqının "dəmir pərdəsi" bir qədər qalınlaşdırıldı.

Cəbhənin Avropa hissəsindən xəbəri olmayan sovet rəhbərliyi faşizmə qarşı partizan hərəkatında əfsanəyə çevrilən Əhmədiyyə Cəbrayılova "vətən xaini" damğası vurmuşdu.

1966- ildə Fransa prezidenti Şarl de Qoll SSRİ- səfəri zamanı Əhmədiyyə Cəbrayılovu görmək istədiyini bildirmisdi. O da, Qolun təkidi ilə Moskvaya çağrılır. Hətta Şarl de Qol Ə. Cəbrayılovu təxəllüsü ilə soruşur. Sovet rəhbərliyi bu təxəllüs altında olan şəxsiyyəti müəyyənləşdirmək üçün əvvəl prezidentlə, sonra Fransa administrasiyası ilə əlaqə saxlayırlar. Axır ki, müəyyənləşdirə bilirlər ki, prezidentin görüşmək istədiyi şəxs "vətən xaini" Əhmədiyyə Cəbrayılovdur. 1968-ci ildə Sovet hökuməti tərəfindən "vətən xaini" adı onun üstündən götürülür bəraət verilir. 1970-ci ildə Kənd Təsərrüfatı İnstitutunda təhsilini başa vurduqdan sonra Şəki rayonu Nərimanov adına kolxozda baş aqronom işləyir. 1971-ci ildə "Qırmızı əmək bayrağı" ordeni ilə təltif olunur.

Bu qəbildən xatırlatmaq istədiyim digər əfsanəvi partizan isə Mixaylodur. Mehdi Hüseynzadənin Yuqoslaviya Xalq Azadlıq Ordusu cərgələrində rolu fəaliyyəti uzun müddət Sovet İttifaqının geniş ictimaiyyətinə məlum deyildi. 1956- ilin 31 mayında "Krasnaya Zvezda" ("Qızmızı Ulduz") qəzeti keçmiş partizan V.Sokolovun xatirələrinə əsaslanaraq Mixaylonun hünərlərinə həsr olunmuş "Partizan igidliyi" məqaləsini dərc etdi. Yalnız bundan sonra sovet rəhbərliyinə məlum olub ki, İtalyada Sloveniyada dillərdə əzbər olan, şöhrəti göylərə qalxan sovet partizanı olub. SSRİ Ali Soveti Rəyasət Heyətinin 11 aprel 1957-ci il tarixli əmri ilə Mehdi Hüseynzadəyə Sovet İttifaqı Qəhrəmanı adı verildi (ölümündən sonra).

Bunlar bunun kimi üzə çıxan partizanlar, yalnız parlaq nəticələr göstərən, Avropa xalqları tərəfindən tanınan şəxsiyyətlərdir, ona görə üzə çıxa bildilər. Lakin əsirlikdən qaçaraq alman faşizminə qarşı Avropa partizan dəstələrinə qoşulan onminlərlə sıravi sovet əsgərləri olub ki, onlar haqqında bizdə hələ məlumat yoxdur. Sovet əsgəri on minlərlə olubsa, deməli avropalı partizanların sayı yüz minlərlə olub.

 1943- ilin iyulunda müttəfiq qoşunlarının Siciliyaya çıxması İtaliyada faşist Mussolini rejiminin devrilməsi ilə başa çatdı. İtaliyanın yeni hökuməti Almaniyaya müharibə elan etdi. Əsaslı dönüş başa çatdıqdan sonra antihitler koalisiyasının əsas dövlət başçıları: F.Ruzvelt, İ.Stalin U.Çörçilin 1943- ilin payızında Tehranda ilk görüşü təşkil edildi. Avropada ikinci cəbhənin açılması Tehran konfransının əsas müzakirə mövzusu idi. Bu məsələdə müəyyən fikir ayrılığına baxmayaraq, ikinci cəbhənin 1944- ilin mayında Fransada açılması qərara alındı.

1944- il iyunun 6-da ABŞ generalı D.Eyzenhauerin komandanlığı altında müttəfiq qoşunları Şimali Fransaya (Normandiyaya) çıxarıldı. Bununla da Avropada ikinci cəbhə açıldı.

Müttəfiqlər həmin ilin sonuna kimi bütün Fransa Belçikanın çox hissəsini azad etdilər.

Nəticə olaraq onu demək istəyirik ki, SSRİ-nin Böyük Vətən Müharibəsi adlandırdığı İkinci Dünya müharibəsinin faşizm üzərində qələbə ilə başa çatdırılmasında demək olar ki, bütün dünya xalqlarının, o cümlədən avropalıların, amerikalıların ingilislərin əməyi heç az olmayıb.

0.019873857498169