Qəzada ölən azərbaycanlı iş adamı Afrikada dəfn edildi - FOTO/VİDEO

Qəzada ölən azərbaycanlı iş adamı Afrikada dəfn edildi - FOTO/VİDEO
 

Xəbər verdiyimiz kimi, Afrikada yerləşən Mali Respublikasında azərbaycanlı iş adamı Məmmədpaşa Axundov yol qəzasında vəfat edib.

Paralel.az xəbər verir ki, qafqazinfo-nun əldə etdiyi məlumata görə, onun nəşinin qısa müddətdə ölkəyə gətirilməsi mümkün olmadığından o, Malidə dəfn edilib.

Yaxınlarının bildirdiyinə görə, M.Axundov daha əvvəl Almaniyada yaşayıb və sonradan Mavritaniya Respublikasında qızılçıxarma şirkəti qurub. Onunla birgə bir neçə azərbaycanlı da orada şirkətin idarə edilməsində iştirak edib. Onlar baş vermiş qəzada şübhəli məqamların olduğunu qeyd ediblər.

Qeyd edək ki, əslən Quba rayonundan olan Məmmədpaşa Axundov həm də xeyriyyəçi kimi tanınıb. Onun rəhbərliyi altında Afrika ölkələrində 40 su quyusu, xəstəxana, məscid və məktəblər tikilərək istifadəyə verilib. İş adamının sürücüsü ilə birgə qəzaya düşdüyü "Toyota" markalı avtomobilin hadisə yerində çəkilmiş görüntülərini təqdim edirik:

309397

0.015663146972656