Emil Səməndərov: “Vətən Müharibəsində dastan yazan oğullararımızla Şuşada beynəlxalq yarış keçirmək istəyirik”
Xəbər verdiyimi kimi, tanınmış iş adamı Emil Səməndərov “Qarabağ - Əlil döyüşçülər” Futbol Federasiyasına vitse-prezident təyin edilib. O artıq bir neçə gündür ki, bu vəzifəni icra edir. Emil Səməndərov yeni vəzifəsi və qarşıda görüləcək işlərlə bağlı AMİA.AZ -a müsahibə verib.
- Bir müddət əvvəl “Qarabağ - Əlil döyüşçülər” Futbol Federasiyasına vitse prezident vəzifəsinə təyin olundunuz. Təklif kimdən gəldi?
- Təklif federasiyanın prezidenti Rövşən Quliyev tərəfindən gəldi. Qurum qeydiyyata alınan kimi mənə bu postu təklif etdilər. Mən də canla-başla razı oldum. Komandamız vətən uğrunda bədən üzvlərini itirmiş qəhrəmanlarımızdan ibarətdir.
- Nə vaxtdan idman camiəsindəsiniz?
- Uşaqlıqdan, gənclik dövründən idmana böyük həvəsim olub. Peşəkar idmanla məşğul olmuşam, sadəcə müəyyən zədələr üzündən həvəskar şəkildə davam etdim.
Qarışıq döyüş növləri ilə məşğul olmuşam. İndi də həvəskar şəkildə məşğulam. Bundan əlavə özüm üçün vaxtım olduqca idman edirəm.
Qeyd etmək yerinə düşər ki, hələ o dövrdə Ulu öndər Heydər Əliyevin "Azərbaycanın ən yaxşı tanıtımı vasitəsi idmandır" deməsi də dövlətimiz səviyyəsində idmana verilən dəyərin bariz nümunəsidir.
- Bildiyimiz qədər, Budo Döyüş Növləri Federasiyasında da vitse-prezidentsiniz?
- Bəli, artıq uzun müddətdir bu federasiyada çalışıram. Dövlətimizin başçısı cənab İlham Əliyev idmana diqqət və qayğı göstərir. Məhz bunun sayəsində idmançılarımız yüksək nəticələr verir. İdmançılarımız da ölkə başçısının onlara göstərdiyi etimadı doğrultamağa cəhd edirlər. Biz də öz növbəmizdə idmançılara dayaq olmağa çalışırıq.
İdmançılarımız beynəlxalq arenalarda baramığızı dalğlandrır, himnimizi səsləndirirlər. Avropa və Dünya çempionatlarında kürsünün ən yüksək pilləsində öz yerlərini alırlar.
Müharibədə dastan yazıb, qayıdan idmançılar milli komandalarımızın tərkibində çıxışlarını davam etdirlər. Onlar yenidən beynəlxalq arenalarda bayrağımızı dalğalandırmağa davam etdirirlər
Onu da bildirim ki, həm “Qarabağ - Əlil döyüşçülər”i komandası, həm budo döyüş növləri üzrə komandalarımızı qarşıda beynəlxalq yarışlar gözləyir.
- Emil müəllim, siz tanınmış iş adamı olmaqla yanaşı həm də xeyriyyəçi kimi bir çox sosial layihələrə imza atmısız.
- Bir Azərbaycan vətəndaşı olaraq bu bizim borcumuzdur. Prezident cənab İlham Əliyev və ölkənin I vitse-prezidenti Mehriban xanım Əliyeva daim ehtiyaclı ailələri, Qaziləri və şəhid ailələrini daim diqqətdə saxlayır. Onların problemləri ilə maraqlanırlar.
Biz də özü növbəmizdə sosial təminatı az olan ailələrlə mütəmadi olaraq əlaqə yaradırıq, maddi və mənəvi dəstəyimizi əsirgəmirik. Amma bu barədə çox danışmaq istəmirik.
- İşğaldan azad olunmuş ərazilərdə yarışlar keçirmək istəyərsinizmi?
- Arzum odur ki, Məşhur Beynəlxalq yarışlardan birinin Azərbaycanın mədəniyyət beşiyi olan Şuşada Cıdır Düzündə keçirilməsini müvəfəq olum.
Vətən Müharibəsində dastan yazan oğullararımızla Şuşada beynəlxalq yarış təşkil etmək istəyirəm. Bu yarışın vasitəsi ilə Azərbaycana gələcək olan dünya şöhrətli şəxslərə mədəniyyətimizi bir daha sübut edək.
İnşallah, minalanmış ərazilər tamamı ilə təmizləndikdən sonra bu arzumuzu reallaşar. İdman ruhun qidasıdır deyiblər. Bizə sağlam ruhda böyüyən gənclər lazımdır.
Nicat Ocaqlı