"Azəriqaz” İB-də media və QHT nümayəndələri ilə növbəti görüş olacaq

 

 

 

“Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 6 may saat 11:00-da başlayacaq.
Paralel.az xəbər verir ki, aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.
Həm cari ilin 4 ayı, həm də aprel ayının yekunlarına dair hesabat təqdim olunacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir. Suallar baş direktor Ruslan Əliyev tərəfindən cavablandırılacaq.

0.017271041870117