Din adından «dastan» yazanlar

Din adından «dastan» yazanlar
 

Ramazan bayramı bu gündür, yoxsa sabah?

Bir neçə gün əvvəl Mübarək Ramazan ayını bitirdik. Bu müqəddəs ayda müsəlmanlar daha çox ibadət etdi, dualara daha çox sarıldı. Bəli, belə lazımdır, bu ay on bir ayın sultani dualar Allah tərəfindən daha çox qəbul etdiyi vaxt bağışlanmaq üçün bir fürsətdir. Ramazan ayında bütün müsəlmanlar savab qazanmağa tələsir. Bu savabların ali məqama yetişməsi, duaların müstəcəb olması üçün müsəlman cəmiyyətlərinin liderləri daha çox cəhd göstərməli, sadə müsəlmanlara bir çıraq olmalıdırlar. Onlar bu dini daha dərindən bilməli, ibadətin səlist üsullarını adi vətəndaşlara öyrətməlidirlər. Çox təəssüflər olsun ki, bu gün dini liderlərin əksəriyyəti din əvəzinə müsəlmanlara İslama heç bir dəxli olmayan nağıllar danışır, İslam dünyasının parçalanması, müsəlmanlar arasında şübhə ixtilaf toxumu səpməklə məşğuldurlar.

Belə ki, son illər Ramazan ayının başlanması sonu, Qurban Bayramının vaxtı sairlər barədə fikirlər haçalanır. Avropa Asiya müsəlmanları ilə İran İslam Respublikasının müsəlmanları arasında bu məsələ üzrə bir gün fərq yaranır. Coğrafi-astronomik baxımdan bu üç region arasında heç bir fərq yarana bilməz. Ona görə ki, dünyada 24 saat qurşağı mövcuddur. Yer kürəsinin bir-birindən ən azı 12 saatdan çox fərqi olan nöqtələrində ayın günləri bir sutka fərqlə hesablana bilər. Lakin Ərəbistan Türkiyə ilə Orta Asiya arasında cəmi 2-3 saat zaman fərqi var. Ona görə bu iki məkan arasında gün fərqi olmur - Avrasiyanın bütün nöqtələrində Ramazan ayı eyni gündə girir çıxır. Onda sual olunur: Asiya ilə Avropanın arasında yerləşən İranda necə olur ki, Ramazan ayı bir gün fərqlə girir çıxır? Astronomik baxımdan bu mümkün deyil. Deməli problem ayın başlanğıcında bitməsindən deyil, məhz özumuzdədir - müsəlman liderlərindədir. İslam dininin mərkəzləri sayılan Məkkə, Mədinə Buxara arasında heç bir ixtilaf yoxdur, amma İran bu iki məkan arasında "fərqlənir". Biz kimin haqlı olduğunu sübut etmək fikrində deyilik - din muştəhidləri kimin haqlı olduğu, kimin səhv etdiyini çox gözəl bilir. Bizi narahat edən Azərbaycanda sadə müsəlmanların iki tərəf arasında tərəddüddə qalmasıdır. Qafqaz Müsəlmanlar İdarəsinə görə Ramazan Bayramı mayın 2-dədir, İran mühtəhidləri isə iddia edir ki, bayram may ayının 3-dədir. Hamıya bəllidir ki, ölkəmizdə kifayət qədər İran müştəhidlərinə iqtida edən (inanır) şiə var. İndi eyni dinə biət edən müsəlmanların bir qismi mayın 2-, digər qismi isə 3- bayram etmək zorunda qalır. Yəni bir ölkənin müsəlmanları iki yerə parçalanır. Qafqaz Müsəlmanları İdarəsi Dini Qrumlarla İş üzrə Dövlət Komitəsi isə bu məsələyə bir qədər loyal yanaşır - məscidlərdə iki gün namaz qılınmasına, yəni bayram keçirilməsinə şərait yaradır.

Bu məsələnin dinə heç bir aidiyyatı yoxdur, bu sadəcə olaraq İran İslam Respublikasının siyasi anbisiyasından başqa bir şey deyil. Siyasi məqsədlərini həyata keçirmək üçün din adına o qədər xurafat düşünülüb ki, əsil din artıq öz kontekstindən çıxarılıb. Din alimləri bütün -gücünü atıb bir-biri ilə söz güləşdirməklə məşğuldur.

İslam dinində "alim" anlayışı 14- əsrdən başlayaraq kontekstdən çıxarılıb. İndi İslamda alim o adamlara deyirlər ki, Qurani-Kərimi, hədisləri onların təfsirlərini mükəmməl bilsin. Bunları öyrənən şəxs nədən alim sayılmalıdır ki, bu olsa-olsa sadə dindardir. Müasir İslamda riyaziyyatçı, fizik, kimyaçı, texniki elmlərin biliciləri s. artıq alim sayılmır. Lakin 14- əsrə qədər dünyavi elmlər üzrə kəşflərinin 80 faizi müsəlman ölkələrinin payına düşürdü. Ona görə ki, həmin vaxta qədər dindar alimlər yalnız Quran hədislərlə məşğul olmurdu, onlar həm bir dünyəvi elmi araşdırırdı.

Məşhur fizik Pier Küri öz xatirələrində yazır ki, biz atomun daxili təbiətini aça bilmirdik. Əlimizdə 30-a yaxın Əndəlüs mədəniyyətinə aid kitab qalmışdı. Biz həmin kitabları köməyi ilə atomu öyrənə bildik. Buyurun, Əndəlüs mədəniyyəti 7-ci esrdə Ərəb xilafətinin indiki İspaniyanı işğal etməsindən sonra inkişaf etməyə başladı. Səkkiz əsr ərzində - 15-ci əsrə qədər Əndəlüs dünyanın ən böyük dünyavi elm mərkəzlərindən birinə çevrilmişdi. Çox təəssüflər olsun ki, ispanlar müstəmləkədən azad olduqdan - ərəbləri İspaniyadan qovduqdan sonra Əndəlüs mədəniyyətinə aid var idisə, hamısını məhv etməyi hədəfləmişdilər. Əndəlüs qalası dolu kitab olub, həmin kitabların hamısını ispanlar yandıraraq məhv edib. P. Küri haqqında bəhs etdiyi kitablar isə alimlərin şəxsi təşəbbüsü ilə qorunan kitablar olub.

15-ci edirsən bəri görün biz bu dini günə qoymuşuq. Biz müsəlmanlara öyrədirik ki, nicat tapmaq üçün Qədir gecələrində (hərçənd ki, Allah bu gecəni bizdən gizlədib) Quranı-Kərimi ya ondan ayələri başınızın üstündə tutun min dəfələrlə deyin: "Əlinin öglu Hüseyn". Halbuki, Qurani-Kərim müsəlmanın həyatda necə yaşamalı olduğunu göstərən səmavi kitabdır. Bu kitabı sadəcə oxuyub ondan ibrət almaq lazımdı. Biz isə yalnız ölulərimizə quran oxuyuruq ya pul verib oxuduruq. Bu bilirsiniz nəyə bənzəyir? Elə bil ki, avtomobil qəzası törədib dünyasın dəyişən sürücünün meyidinə "Yol hərəkəti qaydaları" oxuyuruq.

Sonda nəticə olaraq qeyd etmək istəyirəm ki, İslamı İslam dunyasını elimlərdən ayıran qüvvələr hələ güclüdür. Baxmayaraq ki, onların İslama əl qatdiqlarından artıq beş əsr keçib. Biz hələ dinimizi əlimizdən alıb bizə xurafat radikalizm sırıyan qüvvələrin kimliyini müəyyənləşdirə bilmirik. Anlaya bilmirik ki, üçün din "alim"ləri dünyavi elimlərə "xoxan" kimi baxır bizə onları "şeytan əməli" kimi təqdim edir. Baxmayaraq ki, həmin mollalar hamıdan əvvəl smartfonlar, yüksək texnologiyalarla hazırlanmış avtomobil digər avadanlıqlardan istifadə etməklə o "şeytan əməli"ndən bəhrələnirlər.

0.016786813735962