Ramazan məktubları - XI məktub

Ramazan məktubları - XI məktub
 

Siracəddin Hacı yazır...

SEVGİLİ GƏNCLƏR!
- Cəsarət, ya da qorxaqlıq alın yazısı deyil, seçimdir, hansını seçsəniz, qədəriniz olacaq;
- Əl çəkməsəniz, məğlub olmazsınız;
- Müasir dünyada universitetlərin verdiyi bilginin istifadə müddəti 2-3 ildir – hər gün öz üzərində işləmək fərzdir;
- İnsanın qədəri seçməkdir;
- Müqayisə olmasa, paxıllıq olmaz;
- Yaxşılıq etmək imkanınız olan bir insana yaxşılıq etmirsinizsə, ona pislik edirsiniz;
- Şükür varsa, şikayət yoxdur, şükür ümidi, şikayət qorxunu artırır;
- Sınırsız istək, başqaları nə deyər ölçüsü ilə yaşamaq qayğıların qapısını açır;
- Gədəbəydə, Astarada, Balakəndə, Laçında oturub Harvardda oxuya bilərsiniz;
- 20 ildir yaşayırsınız, yoxsa eyni ili 20 ildir təkrar edirsiniz?

Paralel.az

0.016031980514526