"Rusiyanın başlatdığı müharibə qlobal enerji transformasiyanı daha da sürətləndirəcək"

 

 

Rövşən Ağayev:

"ABŞ prezidenti Bayden dünən açıqlama verib ki, 2021-ci ildə ölkəsində alternativ enerjiyə keçid istiqamətində heç vaxt olmadığı qədər ciddi artım olub - bu artımdan sonra artıq ölkədə 56 milyon ev təsərrüfatının külək və günəş hesabına enerji təminatı mümkündür.
Nəzərə alaq ki, ABŞ-da 120 milyon ətrafında ev təsərrüfaıt var - yəni az qala bütün mənzillərin tam yarısının alternativ enerji təminatı var.
ABŞ prezidenti onu da bildirib ki, Rusiyanın qaz şantajı ilə Avropanı təzyiq alıtnda saxlamasına imkan verməyəcəklər. Hazırda ABŞ, Qətər, C. Koreya və Yaponiya özlərinin LNG ehtiyatları hesabına Avropanın mümkün olduğu qədər Rusiyanın qaz asılılığından qurtarması üçün tədbirlər hazırlayırlar.
Yeri gəlmişkən, dünən C. Koreya hökuməti də doluluq səviyyəsi 80%-ə çatan qaz anbarları hesabına Avropaya dəstək verəcəklərini bildirib.
Aşkar görünür ki, Rusiyanın başlatdığı müharibə qlobal enerji transformasiyanı daha da sürətləndirəcək - erkən 2030 və 2050 hədəflərinə daha tez nail olunacağı real görünür."

Paralel.az

0.025958776473999