Qazaxıstan mayın 9-da hərbi paradın keçirilməyəcəyini açıqlayıb
Bu il Qazaxıstan mayın 9-da paytaxt Nur Sultanda hərbi paradın keçirilməyəcəyini açıqlayıb.
Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, Qazaxıstan rəsmiləri mərasimlərin niyə ləğv edilməsi ilə bağlı heç bir açıqlama verməyib.
Bu vəziyyətə reaksiya verən Rusiyanın dövlət mediası Sputnik-in baş redaktoru Marqarita Simonyanın həyat yoldaşı və RT-nin baş redaktoru, jurnalist Tiqran Keosayan Qazaxıstanı nankorluqda ittiham edib.
Keosayan “Ukraynaya diqqətlə baxın” deyərək Qazaxıstanı hədələyib.
Qeyd edək ki, İkinci Dünya Müharibəsinin sonunda Almaniyanın Sovet İttifaqına qeyd-şərtsiz təslim olmasını imzaladığı gün 9 May illərdir Qələbə Günü kimi qeyd olunur. SSRİ dağılandan sonra da keçmiş sovet ölkələrinin xalqları bu günü qeyd etməyə davam edir.
Şahnaz Salehqızı