Nisbilik nəzəriyyəsi nədir?

Nisbilik nəzəriyyəsi nədir?
 

 

(Elmi təhlil)

Eynşteynin Nisbilik Nəzəriyyəsi adi adamlar, yəni xüsusi hazırlığı olmayanlar üçün çox qəliz bir şeydir. Amma onun mahiyyətini sadə dillə, qəliz fiziki və riyazi formullar işlətmədən də açmaq olar. Hazırkı qeydlərin də məqsədi budur, bu nəzəriyyəni sadə dillə çatdırmaqdır. Marağı olanlar yaxın otursunlar...

Təssəvvür edin ki, siz dəmir yolunun yaxınlığında durmusuz, qarşınızdan saatda 90 km sürətlə qatar keçir. Vaqonların içində də adamlar var, onların birinə istinad edək. Sizə elə gəlir ki, qatarın içindəki bu adam da eyni sürətlə hərəkət edir. Amma bu, qatarın içindəki adama istinad etsək, o sükunətdədir, siz isə saatda 90 km sürətlə hərəkət edirsiz. Nəticələr fərqli olsa da, hər ikiniz haqlısız...

Əgər qatarın içindəki adam qatarın istiqamətində saatda 10 km sürətlə hərəkətə başlasa, sizə istinadən o, saatda 100 km sürətlə hərəkət edir. Qatara istinad etsək, o, saatda 10 km sürətlə hərəkət edir, siz isə 90 km sürətlə yerinizi dəyişirsiz. Diqqət edin, bu zaman yuxarıda olduğu kimi, sürət və yerdəyişmə istinada nisbətən dəyişir, amma zaman dəyişmir. Qatarda da, yerdə də eyni zaman keçir. Zaman isə Nyutonun qanununa görə yerdəyişmənin sürətə nisbətindən ibarətdir: Z=Y/S.

İndi reallıq aləmindən fantaziyaya keçək. Tutaq ki, sizin yanınzdan qatar yox, işıq sürəti ilə bir raket keçir. Ilk nəzərdən. bu zaman da yuxarıdakı müşahidələr təkrar olunur və raketin içindəki adam işıq sürəti ilə hərəkət edir. Amma,.. Birinci halda vaqonun içindəki adam hərəkət edəndə, onun sürəti sizə nisbətən artırsa, ikinci halda, raketin içindəki adam hətta işıq sürətilə hərəkət edərsə, onun sürəti artmır, raketin sürətinə bərabər olur. Deyəsən, bir az qəliz oldu?! Amma bunun açıqlaması var: İşıq sürəti ilə hərəkət edən raketin içində zaman dayanır.

Eynşteynin Nisbilik Nəzəriyyəsinin mahiyyəti də elə bundan ibarətdir: Yalnız məkan yox, həm də zaman nisbidir və sürətdən asılı olaraq dəyişir. Bizim misalda, raketin sürəti işıq sürətinə bərabər olanda, zaman tamam dayanır. Deməli, sürət daha artıq olarsa, zaman geriyə hərəkət etməyə başlayar. Amma narahat olmağa dəyməz, hər hansı cismin, ya raketin işıq sürəti ilə hərəkət etməsi reallıqda yox, yalnız fantaziyada mümkündür. 

Məsələ ondadır ki, Eynşteynin enerji qanununa görə sürət enerji ilə düz, kütlə ilə tərs mütənasibdir: E=MS2. Yəni cismin işıq sürəti ilə hərəkət etməsi üçün onun çəkisi olmamalıdır. Yeri gəlmişkən, işığın kvant nəzəriyyəsi də burdandır, kvant hissəciklərinin çəkisi olmur. Cismin çəkisi olsaydı, onun işıq sürəti ilə hərəkət etməsi üçün miyon dəfələrlə çox enerji lazım olardı... 

Qalib ARİF

0.013062000274658