Ukrayna Prezidenti Rusiya işğalının ölkədə böyük iqtisadi dağıntıya səbəb olduğunu deyir

Ukrayna Prezidenti Rusiya işğalının ölkədə böyük iqtisadi dağıntıya səbəb olduğunu deyir
 

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya işğalının ölkədə böyük iqtisadi dağıntıya səbəb olduğunu deyib və Ukraynanın bu müharibədən itkiləri təqribən 600 milyard dollara çatdığını bəyan edib.

Paralel.az xəbər verir ki, bunu Zelenski xalqa müraciətində deyib.

Onun sözlərinə görə, müharibə nəticəsində 32 milyon kvadratmetrdən çox yaşayış sahəsi, 1500-dən çox təhsil obyekti və 350-dən çox səhiyyə obyekti dağıdılıb və ya  ziyan dəyib. 

"İqtisadi sahəyə böyük ziyan dəyib. Yüzlərlə müəssisə dağıdılıb. 2500 kilometrə yaxın yol və 300-ə yaxın körpü dağıdılıb və ya zədələnib. Bu, sadəcə statistika deyil. Bu, Mariupol, Volnovaxa, Oxtırka, Çerniqovdur, Borodyanka və onlarla şəhər, qəsəbə və bizim kəndimizdir”-o qeyd edib.

Şahnaz

Milyonlarla ukraynalının müharibə səbəbilə yurd-yuvasından didərgin düşdüyünü və ya xaricə getdiyini deyən Zelenski əlavə edib ki, 11,5 milyondan çox ukraynalı müharibə səbəbilə didərgin düşüb və onlardan 5 milyona yaxını xaricə gedib. 

Mürtəza
Paralel.az

0.022212028503418