Bakıda hamilə arvadını öldürmək istəyən kişinin məhkəməsi başlayıb

Bakıda hamilə arvadını öldürmək istəyən kişinin məhkəməsi başlayıb
 

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməyə cəhddə təqsirləndirilən Pərvin Ağayevin cinayət işi məhkəmə hazırlıq iclası keçirilib.

Paralel.az xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirlib.

İş üzrə məhəkə baxış iclası mayın 6-na təyin olunub.

Qeyd edək ki, hadisə ötən il Nizami rayonu metronun Qara Qarayev stansiyasının yaxınlığında baş verib.

Belə ki, 1999-cu il təvəllüdlü İsmayılova Şəbnəm Elman qızı əri Pərvin Ağayev ilə mübahisə zamanı boğaz və döş qəfəsi nahiyələrindən bıçaq xəsarətləri alıb.

Ona üç bıçaq zərbəsi vurulub. Yaralı xəstəxanaya yerləşdirilib. Şəbnəm İsmayılovanın hamilə olduğu bildirilib.

0.015497922897339