Məhkəmə Bakıda anasını qətlə yetirən şəxslə bağlı qərar elan edib
Bakıda anasını öldürməkdə təqsirləndirilən A.C. (ad, soyadı şərti) barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Paralel.az -ın “Report”a istinadən məlumata görə, Nizami Rayon Məhkəməsində keçirilən prosesdə təqdimat təmin edilib.
Belə ki, A.C.-nin barəsində həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluğun Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.
Qeyd edək ki, hadisə aprelin 20-si saat 12 radələrində paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb.
Belə ki, 2007-ci il təvəllüdlü A.C qısqanclıq zəminində anası, 1985-ci il təvəllüdlü Ülviyyə İsmayılovanı bıçaqla qətlə yetirib.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
A.C. şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.