Rəzalət: Bakı şəhər 3 saylı tam orta məktəbin direktor müavininin orta təhsili yoxdur

Rəzalət: Bakı şəhər 3 saylı tam orta məktəbin direktor müavininin orta təhsili yoxdur
 

Bakı şəhər 3 saylı tam orta məktəbin orta təhsilsiz direktor müavini kimdir?

Paralel.az Baku.us-a istinadən xəbər verir ki, kanalın müxbir Minayə Zamanova Bakı şəhər 3 saylı tam orta məktəbdə olub və direktor müavini İsmət Yusifova ilə söhbət edib. İ. Yusifova özü etiraf edib ki, onun nəinki ali təhsili, hətta orta təhsili belə yoxdur.

Məktəbin direktoru Almaz Həsrət bildirib ki, direktor müavini İsmət Yusifovanın orta təhsilinin olmaması, hətta adını belə yaza bilməməsi barədə məlumatı olmayıb. Direktor öz müavininin orta təhsilinin olmaması bəlli olandan sonra yuxarı orqanlara məlumat verdiyini bildirib.

Məsələ ilə bağlı Bakı şəhər Təhsil İdarəsi və Təhsil nazirliyin mövqeyini öyrənmək mümkün olmayıb.

Səfurə

0.0123610496521