"Bəxtiyar Hacıyevin oğurlanması və təhqir olması Azərbaycan dövlətçiliyinə qəsddir"

 

Məlum olduğu kimi, dünən bloger və siyasi fəal Bəxtiyar Hacıyev maskalı naməlum qrup tərəfindən oğurlanıb, təhqir olunub.

Politoloq Qabil Hüseynli bu hadisəyə münasibət bildirərəkən qeyd edib ki, naməlum qrup üzvlərinin Bəxtiyar Hacıyevi oğurlayıb, işgəncə verib, ondan Daxili İşlər naziri V. Eyvazovun haqqında yazdığı statusu çıxarmağı tələb etmələri törətdikləri cinayəti dövlətin üzərinə atmaq cəhdidir.

Hesab edirəm ki, onlar bu hərəkətlərilə aprelin 22-də Dünya azərbaycanlılarının Şuşada təntənə ilə keçirilmiş V Zəfər qurultayının ölkədə yaratdığı xoş ovqata acı qatmaq məqsədilə törədiblər.

Ona görə də bu cinayət xarakterli təxribatı törədənlər dərhal tapılmalı və hadisə mütləq ciddi araşdırılmalıdır.

Aygün

0.013383150100708