Rus ordusu Ukrynanın şərq, cənub-şərqində bütün cəbhə boyu hücuma keçib

Rus ordusu Ukrynanın şərq, cənub-şərqində bütün cəbhə boyu hücuma keçib
 

Rus ordusu, Donetsk, Luqansk, Mariupol, Zaporojye, Xerson istiqamətində aktiv hücum əliyyatları keçirir.

Paralel.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının cəbhədəki vəziyyətlə bağlı yaydığı məlumatda deyilir.

Verilən xəbərə görə, Rus ordusu daha çox Slobojanski və Donetsk istiqamətlərində fəaldır.
Məlumatda deyilir ki, rus ordusu Donbasla Krım arasında quru əlaqəsini təmin etmək üçün  hücum əməliyyatları həyata keçirir. Bu məqsədlə rus ordusu hərbi, mülki infrastruktura raket və bomba zərbələri endirir. 

Rus ordusu Nikolaev şəhəri istiqamətində irəliləmək üçün əlverişli şərait yaratmaq məqsədilə Ukrayna Silahlı Qüvvələrinin mövqelərini atəşə tutur. Skadovsk şəhəri ərazisində hava hücumundan müdafiə sistemini qurmaq üçün rus ordusu S-300VM batareyasını yerləşdirdi top və raket artilleriyasından atəşə tutmağa davam edir.

Məlumatda həmçinin qeyd olunur ki, Ukraynanın Buça şəhərində dinc əhaliyə qarşı törədilən qırğınlarda, işgəncələrdə və zorakılıqlarda fəal iştirak edən 64-cü əlahiddə motoatıcı briqadanın bölmələri İzyum qəsəbəsi ətrafına göndərilib.

Görünür, Putin faşizm üzərində qələbə gününə qədər Ukraynanın Şərq və Cənub-Şərq hissəsin işğal etməklə, Rusiya əhalisini "sevindirməyə" çalışır...

 Mürtəza
Paralel.az

0.017400026321411