Ağstafada dayısı oğlunu öldürən şəxsin məhkəməsi başlayır 

Ağstafada dayısı oğlunu öldürən şəxsin məhkəməsi başlayır 
 

Ağstafa rayonunda dayısı oğlunu bıçaqlayaraq qətlə yetirməkdə təqsirli bilinən Əli Əsgərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Paralel.az xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Elmin Rüstəmovun icraatına verilib.

İş üzrə məhkəmə hazırlıq iclası aprelin 28-nə təyin olunub.

Qeyd edək ki, Ağstafa rayonu Köçəsgər kənd sakini 2001-ci il təvəllüdlü Çingiz Vəlizadənin bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla Köçəsgər kənd sakini 1998-ci il təvəllüdlü Əli Əsgərovun yaşadıqları kəndin ərazisindən keçən su kanalının yaxınlığında dayısı oğlu Çingiz Vəlizadə ilə şəxsi münasibətlər zəminində aralarına yaranmış mübahisə zamanı bıçaqla sonuncuya xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağstafa rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Əli Əsgərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

0.02531886100769