Ramazan məktubları

Ramazan məktubları
 

Siracəddin Hacı:

III məktub

Əziz analar, atalar! Övladlarınız sıxıntısını sizə danışanda “MƏN SƏNƏ DEMİŞDİM” cümləsindən istifadə etmək doğru deyil.

Bu cümlə:

- təkəbbürü göstərir – təkəbbür övladınızla aranıza qalın divar hörür;
- səndən ağıllıyam deyir – mənə tabe olmalısan;
- ittiham edir;
- dəyərsizləşdirir;
- övladınızın seçim haqqını, fərqli olmaq imkanını yox edir;
- sən malımsan, mən nə deyirəmsə, o olmalıdır mesajı verir;
- psixoloji şiddətdir;
- qorxudur;
- canın çıxsın anlamını daşıyır;
- kiçildir;
- övladınızın duyğularını sizinlə paylaşmasının yolunu bağlayır;
- səhv etmək haqqını yox sayır;
- yanlışın faciə olduğunu aşılayır;
- səmimi müzakirəyə imkan vermir;
- övlada tərəf olmaq haqqı tanımır – ağa-nökər münasibəti formalaşdırır;
- sənin söz haqqın yoxdur deyir;
- sənin sıxıntın deyil, mənim dediyim önəmlidir ölçüsü qoyur;
- güvən və məsuliyyət duyğusunu zədələyir;
- övladın özünü ifadə imkanını məhdudlaşdırır;

“Mən sənə demişdim” cümləsinin yerinə bu cümləni seçə bilərsiniz: “GƏL SIXINTILARI BİRLİKDƏ MÜZAKİRƏ EDƏK”.

ŞEKSPİR belə deyir: “Hadisələr-şeylər sadəcə olurlar, onları yaxşı, ya da pis edən düşüncələrdir – onlara yüklədiyiniz mənalardır”.

Paralel.az

 

0.015825033187866