Zalım Putinin savaşı

Zalım Putinin savaşı
 

 

Siracəddin Hacı:
-  Putin sadəcə cəsur UKRAYNA ORDUSU ilə deyil, UKRAYNA XALQI ilə savaşır, siyasətçi, alim, yazıçı, həkim, müəllim, kişi, qadın, yaşlı, gənc – bir sözlə, hər kəs əsgərdir, Rusiyanın işğalına qarşıdır - xalqla savaşan məğlub olar;
-  Putin dünya ilə savaşır – dünyanı enerji və nüvə silahı ilə qorxudur. Rusiyanın illik milli gəliri 1,4 trilyon dollar, Rusiyaya qarşı olan dövlətlərin illik gəliri 40 trilyondur – dünya ilə savaşan məğlub olar ;
-  Putin öz xalqı ilə savaşır, şovinist duyğuları körükləyərək, Rusiya dağılar şüarı ilə qorxudaraq, biz faşizmlə savaşırıq yalanı ilə aldadaraq xalqı ətrafında tutmağa çalışır. Rusiya rəsmilərinin Rusiya dağılar tezisini tez-tez təkrarlamalarının əsl səbəbi xalqı səfərbər etməkdir. Xalqı ilə ədalət, azadlıq, elm, ümid, rifah dəyərləri ilə deyil, zülm, köləlik, cəhalət, qorxu vasitəsilə bağ qurmaq onunla savaşmaq anlamını daşıyır – xalqından qorxan məğlub olar;
Ey Putin, məzlum Ukrayna xalqına soyqırımı tətbiq edən ordun dağılsın, zülm, qorxu, yalan, cəhalət üzərində qurulmuş hakimiyyətin yerlə bir olsun!

Amin!    

Paralel.az

0.012739896774292