Nikolayevə raket zərbələri endirilib, ölənlər və yaralananlar var-Ukrayna

Nikolayevə raket zərbələri endirilib, ölənlər və yaralananlar var-Ukrayna
 

Paralel.az "report"-a istinadən bildirir ki, bu barədə Nikolayev şəhərinin meri Aleksandr Senkeviç teleqram kanalında məlumat yayıb.

Zərbələr nəticəsində 10 yerli sakin həlak olub, daha 46 nəfər yaralanıb.

Mer, həmçinin qeyd edib ki, Rusiya hərbçiləri şəhəri kasset mərmiləri ilə atəşə tutur.

Bundan əvvəl məlum olub ki, Nikolayevdə avtobus dayanacağı, həmçinin mikroavtobusda olan sərnişinlər atəşə məruz qalıb.

Ötən gün Rusiya Müdafiə Nazirliyi məlumat yayıb ki, Nikolayev şəhəri ətrafında yerləşən Balovnoye aerodromuna hücum edilib, nəticədə Ukrayna silahlı qüvvələrinin üç helikopteri vurulub.

0.015766859054565