Şəmsəddin Əliyev yazır...

Şəmsəddin Əliyev yazır...
 

 

 

Bir müdrik və hamıya görk olacaq hekayətdə deyilir:

-Bir varlı,"Dəfn olduğum gün səhərə qədər mənimlə qəbirdə qalana sərvətimin yarısı bağışlanar,"- övladlarına vəsiyyət edibmiş.

O zat öləndən sonra,"Kim qəbrə girib səhərədək bu mərhumla qalmaq istəsə sərvətinin yarısı ona veriləcək!"-təklifi ətrafa elan edilir.Heç kim bu təklifi- vəsiyyəti qəbul etmir.

Nəhayət,bir hambal"Mənim bu dünya malından olan-qalan belimdəki bir ipdir.Səhərə qədər İnşəAllah bir təhər dözüb kasıblıqdan da bir dəfəlik canım qurtaracaq"-düşüncəsilə təklifi qəbul edir.Və onu da ölü ilə birlikdə məzara qoyurlar...

Sorğu-sual mələkləri işə başlayır.Görürlər ki,qəbirdə ölüdən başqa birisi də var.Mələklər:"Diridən başlayaq.Ölü onsuz da bizlikdir"-deyib hambalı sorğu- suala tuturlar.

"Belindəki o ip kimindir,haradan və kimdən aldın?Niyə və nə üçün aldın?Harda istifadə etdin və s...?Sual-cavab səhərə qədər davam etsə də Hambalın hesabı bitmir.

Səhər hambal qəbirdən çıxanda ona:

-Mərhumun sərvətinin yarısı artıq sənindir,-deyirlər.

Hambal haray qoparır:

-Aman,-deyir hambal,-istəmirəm,rədd edin!Mən bir sutka ərzində,səhərəcən bir ipin hesabını verə bilmədim.O qədər sərvətin hesabını necə verəcəyəm ?-deyib belindəki ipi də kənara ataraq uzaqlaşır...

Çox dəyərli iman sahibləri!

Maddi və mənəvi nemətlərin hesabını vermək heç də asan deyilmiş !...

İnsan qorxu və ümid arasında yaşamalı,Allahın böyüklüyü,İlahi əzabın dəhşəti,lakin özünün kiçikliyi və acizliyi qarşısında Allahdan qorxmalıdır ki,bəlkə ona rəhm oluna!..

Paralel.az

0.090637922286987