Partlayış baş verən Gecə Klubunda qazdan istifadəyə, təhlükəsizliyə kimlər cavabdeh olub ?

 

Partlayış baş verən Gecə Klubunda qazdan istifadəyə, təhlükəsizliyə kimlər cavabdeh olub ? 
 

1. 2018-ci il  3 iyul tarixli enerji  böhranından sonra Prezident yanında müşavirə keçirilirdi.

Müşavirədə Fövqalədə hallar naziri Kəmaləddin Heydərov çıxış edərək FHN –in öz səlahiyyətləri çərçivəsində  verdiyi göstərişlərin Azərenerji tərəfindən icra edilmədiyini bildirmişdi.

2. 2019-cu il 28 mart tarixdə Diqlas-da  baş verən yanğınla bağlı Prezident yanında müşavirə keçirilirdi.

Müşavirədə FHN rəhbəri Kəmaləddin Heydərov çıxış edərək onun rəhbərlik etdiyi Nazirlik tərəfindən verilən tapşırıqlarıın Nizami rayon İcra hakimiyyəti və Ticarət Mərkəzinin sahibi tərəfindən icra edilmədiyini bildirmişdi.

3. Bu gün Gecə Klubunda baş verən partlayışla bağlı Baş Prokurorluq səhlənkarlıq-ehtiyatsızlıqdan ölümə səbəbolma ilə bağlı cinayət işi başlayıb. Baş prokurorun müvafiq qərarına əsasən prokurorluq və Fövqəladə Hallar Nazirliyinin müstəntiqlərindən ibarət birgə istintaq qrupu yaradılıb. İstintaqı Baş Prokurorluq aparacaq

Prokurorluq da açıqlamasında hadisənin ilkin ehtimallarla binada qaz təchizatının olmaması səbəbindən orada quraşdırılmış propan qaz balonundan sızma nəticəsində baş verməsini qeyd edib.

FHN isə partlayış olan obyektdə qaz balonundan istifadəyə icazənin olmasına, kimin, hansı qurumun icazə verməsinə və  partlayışın səbəblərinə  hələlik rəsmi münasibət bildirməyib

P.S. İnsan ölümünə səbəb olan, şəhərin mərkəzində baş verən hadisənin bir daha təkrarlanmaması üçün aidiyyatı qurumların hesabat verməsini, təqsirkarların cəzalanmasının gündəmə gətirilməsi daha doğru olardı.

Düşünürəm ki, hazırda partlayışla bağlı sosial mediada tamam fərqli istiqamətdə gedən müzakirələr cəmiyyətin maraqlarına xidmət etmir.

Osman Gündüz

Paralel.az

0.024617910385132