Putinin “sülh əməliyyatı”

Putinin “sülh əməliyyatı”
 
 
 
Dünən baş verən mühüm hadisələrin mahiyyətinə nəzər salmaq və bunun arxa planına aydınlıq gətirməyi zəruri hesab edirik. Əldə etdiyimiz məlumatları təhlil edərkən bu danışıqların sadəcə, danışıq deyil, həm də Putinin əməliyyatı olduğu qənaətinə gəlirik. Əməliyyat olaraq, Putin indiki vəziyyətdə iki məqsədini gerçəkləşdirmək istəyib. Birincisi, zəifləmiş və təchizatsız qalmış ordusunu Kiyev ətrafından və bütövlükdə Şimal tərəfdən geri çəkmək üçün rəsmi bəhanə əldə etməli idi. İndi Rusiya ordusunda vəziyyət fəlakətli dərəcədə ağırdır. Çünki ordu üçün lazım olan əsgər, silah, sursat, ərzaq çatışmazlığı, üstəlik, mənəvi düşkünlük bu şəraitdə hər hansı hədəfə çatmanı mümkünsüz edir. Ona görə də toparlanmaq, qüvvə toplamaq üçün vaxt qazanmaq məqsədilə şimal cihahdan çəkilmə zərurəti yaranmışdı.   Əməliyyatın ikinçi vacib məqsədi isə ölkə daxilində, xüsusilə, hakimiyyətdə olan şəxslər arasında əhval-ruhiyyəni dəqiqləşdirmək və buna görə qərar vermək idi.
Hakimiyyətə yaxın mənbələrin verdikləri məlumata görə, Rusiya prezidenti Vladimir Putin qeyri-ənənəvi cinsi oriyentasiyalı insanlara üstünlük verir. Və prezidentin ətrafında belələri kifayət qədərdir. Onların arasında Putinin ən yaxın dostu Yuri Kovalçuk və köhnə dostu Sergey Rolduqindən tutmuş Dövlət Dumasının sədri Vyaçeslav Volodinə qədər bir xeyli  adam var. Prezidentin köməkçisi Vladimir Rostislavoviç Medinskinin bu sırada xüsusi yeri var. Medinskini, sadəcə, prezidentin köməkçisi kimi qəbul etmək doğru olmazdı. O,  uzun illərdir ki, Putinin düşüncələrinə ideoloji forma geyindirir və Medinskinin formalaşdırdığı və Rusiya ictimai şüuruna tətbiq etdiyi ideoloji konsepsiyalar Putinin öz dünyagörüşünün ifadəsindən başqa bir şey deyil.
Vladimir Rostislavoviç həqiqətən də, Rusiya prezidentinin etibarlı adamıdır və onun Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri təyin olunması təsadüfi deyil. Həm də Medinskinin dünənki danışıqların nəticələrinə görə etdiyi açıqlama da təsadüf hesab edilməməlidir. Rusiyanın minimal, daha doğrusu, xəyali məqsədlərə çatmaqla kifayətləndiyi və qələbəni məğlubiyyətdən ayırmağın kifayət qədər çətin olduğu bir vaxtda Putinin öz ölkəsində müharibənin başa çatması ssenarisinə reaksiyaları görməsi vacib idi.
Özü də təkcə Rusiya cəmiyyətindən deyil, hakimiyyətdəki insanlardan və siyasi elitadan da reaksiya vacib idi. Medinskinin dünənki bəyanatlarına kimin və necə reaksiya verdiyi bir neçə hesabatda prezidentə çatdırılıb və Putin nəticə çıxararaq bir neçə əsas məqamda bir az geri çəkilməyə icazə verib və göstərib ki, yekun qərar onundur və hələ də qəbul edilməyib.
Prezidentin ətrafında olanların Medinskinin dünən verdiyi açıqlamalara ifadə etdikləri əsas emosiya isə məyusluq olub. Putin isə öz ətrafını məyus etməyi sevmir, o, ümumi məyusluğun onu nə ilə təhdid etdiyini gözəl başa düşür. Və bu baxımdan müharibənin hələ bitmədiyini, variantlar axtarışının davam etdiyini söyləmək olar
 
Dadaş Əhmədli
0.03093409538269