Ukraynadan dünyaya  “Z”' simvolu mesajı

Ukraynadan dünyaya  “Z”' simvolu mesajı
 




Paralel.az xəbər verir ki, Ukraynanın xarici işlər naziri Dmitro Kuleba dünyanı “Z” simvollarını cinayət hesab etməyə çağırıb. Kulebanın bu açıqlaması Almaniyanın “Z” simvollarına qarşı istintaq başlaya biləcəyinə dair siqnallar verdiyi zaman diqqət çəkib.
Ötən həftələrdə Rusiya Müdafiə Nazirliyi tanklardakı “Z” və “V” hərflərinin nə demək olduğunu açıqlayıb. Nazirliyin açıqlamasında bildirilib ki, “Z” hərfi “Qələbə”, “V” hərfi isə “Missiya tamamlanacaq” mənasını verir.
Qərb mediasındakı bir çox qəzet isə Rusiyadan gələn görüntüləri təhlil edərək simvolun mənasını uzun-uzadı müzakirə edib.
 Qalın fırça ilə tankların üzərinə çəkilmiş ağ “Z” hərfi ifrat sağçı, rusiyapərəst etirazçıların lövhələrində və köynəklərində görünməyə başlayıb.
 “Z” rus əlifbasında olmasa da, hərf Rusiyanın Ukraynaya təcavüzünə güclü dəstək simvolu olub. Rusiyanın hər yerində “Z” loqosu ilə bəzədilmiş avtomobillər görünüb və şirkətlər bunu pəncərələrindən asaraq Putinə dəstək veriblər.
Nigar

0.021338939666748