Maskadan başqa bütün qadağalar ləğv edildi

Maskadan başqa bütün qadağalar ləğv edildi
 

Gürcüstanda bu gündən etibarən ictimai nəqliyyat və qapalı məkanlarda qoruyucu maskadan istifadə istisna olmaqla, bütün məhdudiyyətlər aradan qaldırılacaq.

Paralel.az xəbər verir ki, bu barədə Qurumlararası Koordinasiya Şurası qərar qəbul edib. Qərara əsasən, ictimai iaşə obyektlərinə, o cümlədən idman, incəsənət və ya digər tədbirlərə mövcud olan məhdudiyyətlər aradan qaldırılır.

Digər bir qərara əsasən, “PCR” testindən keçmədən Gürcüstana qayıdan ölkə vətəndaşı üçün özünütəcrid öhdəliyi də tətbiq edilməyəcək.

Akif

0.018779993057251