Ermənistan Rusiyanın Ukraynaya müdaxiləsinə dəstək verib

Ermənistan Rusiyanın Ukraynaya müdaxiləsinə dəstək verib
 

Paralel.az xəbər verir ki, illərdir Cənubi Qafqazda işğalçılıq siyasəti aparan Ermənistan hazırda Rusiyanın Ukraynadakı işğalını dəstəkləyir: “Ermənistan öz döyüş təyyarələrini və pilotlarını rus ordusunun tərəflərində döyüşmək üçün göndərib.
“Haber Global”ın əldə etdiyi kəşfiyyat məlumatlarına görə, martın 25-də Ermənistandan havaya qalxan 4 ədəd Su-30 tipli 4 döyüş təyyarəsi Ukraynada istifadə olunmaq üçün Rusiyaya gedib. Üstəlik, xüsusi təlim keçmiş erməni pilotlar Rusiya istehsalı olan qırıcılardan istifadə edirlər. Ermənistan bu addımı ilə Ukraynadakı işğala ortaq olub və müharibənin tərəfinə çevrilib.  O, bir daha regional sülhə deyil, münaqişəyə xidmət edib”.

Nigar

0.048501968383789