İngiltərə Rusiyaya qarşı sanksiyaların ləğvi üçün yeganə şərti elan edib

İngiltərə Rusiyaya qarşı sanksiyaların ləğvi üçün yeganə şərti elan edib
 

Paralel.az xəbər verir ki, Britaniya Rusiya şirkətləri və oliqarxlarına qarşı sanksiyaların ləğvi ilə bağlı şərtlərini açıqlayıb: “Britaniyanın xarici işlər naziri Liz Truss bildirib ki, Rusiya şirkətləri və oliqarxlarına qarşı sanksiyaların ləğvi mümkün deyil, lakin şərtlər var.
Teleqrafın xəbərinə görə, Truss “Bu sanksiyalar yalnız tam atəşkəs və geri çəkilmə ilə sona çata bilər. Bundan əlavə, bundan sonra təcavüzün olmayacağına dair öhdəliklər olmalıdır” deyib.
Truss həmçinin bu böhranın Brexitdən sonra gərginləşən Aİ münasibətlərini də gücləndirdiyini iddia edib.
Britaniya hökuməti indiyədək ümumi aktivləri 500 milyard funt-sterlinqə qədər olan Rusiya banklarına, sərvəti 150 milyard funt-sterlinqdən çox olan oliqarxlara və onların ailə üzvlərinə qarşı sanksiyalar tətbiq edib”.

Nigar

0.031959056854248