Kiyevi ala bilməyən Rusiyadan yeni addım

Kiyevi ala bilməyən Rusiyadan yeni addım
 

Paralel.az xəbər verir ki, Ukraynadan belə bir iddia gəlib: “Paytaxt Kiyev ətrafında münaqişələrlə bağlı məlumat toplantısı keçirən Ukrayna Baş Qərargahının rəsmisi Rusiya ordusunun iki batalyonunun  çox ciddi itkilər verdiyini  və Belarusa geri çəkildiyini bildirib.
Məlumat görüşündə Rusiyadan Ukraynaya keçən hərbçilərin sayında ciddi azalma olduğu bildirilib.
Keçən həftə yayımlanan peyk görüntüləri Rusiyanın Kiyev ətrafında hazırlığını ortaya qoyub. Kadrlarda rus qoşunlarının şəhərin ətrafında səngərlər qazdığı görünür.
İngiltərənin Daily Mail qəzetində yer alan xəbərə görə, bu, Rusiya ordusunun taktikasını dəyişərək müdafiə mövqeyi tutması deməkdir.
Sözügedən peyk görüntülərində rus əsgərlərinin Kiyev ətrafında müdafiə xətləri quraraq ərazini minaladığı görünür.
Bu addım Rusiyanın “uzun müharibə” planına işarə edə bilər. “The Times” qəzetinin hərbi mənbəyə əsaslanan hesabatında sözügedən minaların “uzunmüddətli müharibə” üçün döşəndiyi vurğulanır”.

Nigar

0.016500949859619