Bu gün elm günüdür...

Bu gün elm günüdür...
 



Tapdıq Abbas yazır:
Son yüz ildə Azərbaycanda elmin inkişafına diqqət yetirsək, elmin ölkəmizin tərəqqisində mühüm rol oynadığını qeyd etməliyik. Bu inkişaf əsasən sovet dövrünə aiddir. Elmimizin inkişafında böyük xidmətləri olan Yusif Məmmədəliyev, Zahid Xəlilov, Həsən Abdullayev, Xudu Məmmədov, Murtuza Nağıyev, Azad Mirzəcənzadə, Rafiq Əliyev və onlarca digər alimlərimiz bütün dünyada tanınırlar və dünya elminin inkişafına mühüm töhfələr veriblər.
Bir sıra alimlərimiz var ki, onlar ölkəmizdən kənarda fəaliyyət göstərsələr də, millətimizin dünya elminin inkişafına verdiyi Lütvi Zadə, Əli Cavan, Kərim Kərimov, Abbas Çayxorski, Fərman Salmanov, Davud Paşayev, İqor Aşurbəyli kimi məşhur alimlərimiz öz fəaliyyətlərilə xalqımızın intellektual potensialının çox yüksək olduğunu təsdiq etmişlər.
Təəssüflə qeyd edirəm ki, Azərbaycan müstəqillik qazandıqdan sonra milli elmimizin inkişafına maneə olan xeyli mənfi hallar güclənmiş, xüsusən rüşvət, yerlibazlıq, məmurların saxta elmi dərəcə alması və digər xoşagəlməz hal kimi mənfi proseslər milli elmin inkişafını tənəzzülə uğradıb. Bunun nəticəsidir ki, fəlsəfə doktorlarının, doktor və professorların sayı yağışdan sonra sürətlə çoxalan göbələk kimi artıb, lakin ölkədə elmi kəşflərin və ixtiraların sayı sıfıra düşüb. Elm sahəsini məmurlar elə tutublar ki, həmin sahəyə həqiqi elm fədailərinin daxil olması mümkün deyil.
Ümid edirəm ki, Azərbaycan elmi, ən azı sovet dönəmindəki inkişafını yaxın gələcəkdə nəinki bərpa edəcək, hətta yeni elmi zirvələrin fəth olunmasına nail olacaqdır!
Elm Günü münasibətilə elmin inkişafında xidməti olan alimlərimizi təbrik edirəm!!!
Paralel.az

0.01596999168396