Elm günündə ziyalı tərifi

Elm günündə ziyalı tərifi
 

 

Siracəddin Hacı:

-  ziyalı topluma acı verən insandır;

-  həqiqəti görər, yazar, söyləyər, müdafiə edər;

-  həqiqət acı versə də, sağaldar, böyüdər, inkişafa yol açar;

-  fərqli düşünər, bu, insanları qıcıqlandırar, qıcıq maraq oyadar, maraq öyrənməyə səbəb olar;

-  lay-lay deməz – yalan yatırdar;

-  qalx, qalx deyər - həqiqət oyadar;

-  səni xilas edəcəyəm deyib insanların məsuliyyət duyğusunu, ağlını öldürməz;

-  xilaskar özünsən deyər, insanlara məsuliyyət yükləyər;

-  zalımın deyil, məzlumun yanında olar;

-  görünməyi deyil, olmağı seçər;

-  bilər ki, bədəlini ödəmədiyi heç bir dəyər insanı böyütməz, qorumaz, dəyərli qılmaz, Allahın rizasını qazandırmaz;

 Paralel.az

0.051698923110962