"Vergi Məcəlləsi" kiçik formatda oxucuların ixtiyarına verilib

 

 

Qalib Toğrul: 
Mks.az saytı artıq neçə ildir ki, ənənəvi olaraq hər ilin yanvarında Vergi Məcəlləsini və Məcəllədə olunan son dəyişikliklərin ətraflı izahını kitab şəklində çap edir. Kitabın böyük olması onun daşınmasını çətinləşdirdiyindən dəyərli həmkarlarımız Vergi Məcəlləsini kiçik formatda, ayrıca kitab şəklində çap etməyi məsləhət gördülər. Biz də dostlarımızın sözünü yerə salmadıq. Ancaq Mks.az-ın "Vergi Məcəlləsi" kitabının digər oxşar nəşrlərdən müsbət mənada fərqlənməsi üçün dostlarımızın təklifini bir az da təkmilləşdirdik. Kİtabda Məcəllədə istifadə olunan bütün “Müvafiq icra hakimiyyəti” və “orqan (qurum)” anlayışlarının yerində açılışını verdik, eyni zamanda Məcəllənin tələblərinin tətbiqi məqsədilə qəbul edilmiş Prezident fərmanlarını, Nazirlər Kabinetinin qərarlarını və mühüm qanunları nəşrə daxil etdik. Kitabın ölçüləri və çəkisi çantada, əldə daşımaq üçün rahatdır, sarı kağız və uyğun şriftlər metroda və avtobusda gedən zaman qiraəti asanlaşdırır, gözü incitmir.
Kitabın digər üstünlükləri də var, məsələn, Məcəllənin mətnində son dəyişikliklərin və daha əvvəlkilərin fərqli şriftlərlə verilməsi və sair. Uzun yazıb, vaxtınızı almaq istəmirəm.
Kitabı əldə etmək istəsəniz, 050-368-12-72 (what's upp da aktivdir), 012-564-86-85 nömrəli telefonlarla və ya [email protected] ünvanı ilə əlaqə saxlayıb sifariş verə bilərsiniz!

Paralel.az

0.015641927719116