Dolların uçot dərəcəsi artırıldı

Dolların uçot dərəcəsi artırıldı
 

Ölkənin mərkəzi bankı kimi fəaliyyət göstərən ABŞ Federal Ehtiyat Sistemi (FRS) 2018-ci ildən bəri ilk dəfə olaraq baza faiz dərəcəsini 25 baza bəndi artıraraq illik 0,25-0,5%-ə çatdırıb.

Paralel.az xəbər verir ki, bu barədə FED-in məlumatında qeyd olunur. Məlumata əsasən, FED-in əvvəlki faiz artımı 2018-ci ilin dekabrında olub və o vaxtdan bəri baza faiz dərəcəsi yalnız azalıb. Son iki il ərzində FED-in uçot dərəcəsi illik 0-0,25% diapazonunda olub.

Qeyd edək ki, ekspertlər yeni qərardan sonra dolların qismən möhkəmlənə biləcəyini bildirirlər

Akif Nəsirli

0.027590036392212