Gürcüstan qazı Rusiyadan deyil, Azərbaycandan alır
"2021-ci ildə Gürcüstanda Rusiya qazının payı ümumi idxalın 15%-ni, elektrik enerjisinin isə müvafiq olaraq 7%-ni təşkil edib. Ölkə Rusiyadan asılı deyil".
Paralel.az xəbər verir ki, bu sözləri Gürcüstanın Enerji və Su Təchizatı üzrə Milli Komissiyasının (GNERC) rəhbəri David Narmaniya deyib.
O, bildirib ki, Gürcüstan əsasən təbii qazı Azərbaycandan alır:
"Uzun illərdir ki, Rusiyadan təbii qaz idxalı 10%-i ötmür. Təbii qazın 90%-ə qədərini Azərbaycandan alırıq. Ölkəmizin yerləşdiyi coğrafi mövqeyə görə, başqa qaz mənbəmiz və qonşularımız yoxdur", - deyə Narmaniya bildirib.
Akif