Yeni dönəm, yeni dizayn...

Yeni dönəm, yeni dizayn...
 

Dünya siyasətindən az-çox anlayışı olan hər kəsə bəllidir ki, qarşıdakı 2-3 il ərzində, bəlkə daha qısa müddətdə biz dünyanın yeni siyasi iqtisadi düzəninin şahidi olacağıq. Çünki Qərb Amerika neçə illərdir, ipə-sapa yatmayan Rusiyanı sözün həqiqi mənasında boğmaq üçün fürsət axtarırdı. Amma bu fürsət son otuz ildə heç vaxt sözügedən dövlətlərin əlinə düşməyib. Azad sözün, insan azadlıqlarının məhdudlaşdırılması demokratiyanın boğulması isə Avropa Amerika üçün tutarlı əsas deyildi. Onlar buna görə Rusiyanı dünyadan təcrid etsəydi, indiki kimi sanksiyalar çələngi ilə boğsaydı, onda onların mövqeyi dünyada daha çox qınanardı ədalətsiz yanaşma kimi qiymətləndirilərdi. Ən böyük əsas isə ondan ibarət olardı ki, demokratiya, yalnız Rusiyada boğulmur bu sırada Qərbin Amerikanın əməkdaşlıq etdiyi onlarla diktaturaların adını çəkmək olar. Əslində, dünyanın inkişaf etmiş kəsiminin bir qədər avtoritar qeyri-demokratik ölkələrdən, o cümlədən Rusiyadan asılılığı da var. Dünya ölkələrinin iqtisadi siyasi düzəninə bir qədər diqqət yetirsək, əsasən təbii sərvətləri bol olan ölkələrin avtoritar siyasi sistemə malik olduqlarını, demokratik siyasi sistemlərə malik ölkələrdə isə təbii sərvətlərin məhdud olduğunu görərik. Düzdür, burada Norveç, Kanada, Finlandiya s. kimi istisnalar da var. Lakin bu ölkələr dünya sərvətlərinin heç 10 faizini belə, özündə cəmləşdirə bilməyib. Buna rəğmən dünya sərvətlərinin 80 faizə yaxını Afrika, Orta Asiya ölkələri, Rusiya, İran, Azərbaycan s. kimi avtoritar rejimlərə malik dövlətlərin ərazilərində cəmləşib. Yəni demokratiya olan ölkələrdə sərvət azdır, sərvət çox olan ölkələrdə isə demokratiya yoxdur. Bu da izah edilə bilən qanunauyğunluqdur, lakin bu artıq başqa bir mövzudur.

Keçmiş SSRİ məkanında sərvəti olan bütün ölkələr indiyə qədər Kremlin siyasi patronajlığı altında nəfəsalıb. Bu səbəbdən həmin ölkələrin siyasi sistemi çox kiçik fərqlərlə Rusiyanın siyasi sisteminin analoqudur. Rusiya ilə sıx əməkdaşlıq edən istənilən postsovet ölkəsinin siyasi sistemini təhlil etsəniz, bu oxşarlıq bütün çılpaqlığı ilə ortada olacaq.

Bu gün Rusiyanın Ukraynaya təcavüzü bir tərəfdən 50 milyona yaxın əhalisi olan Ukraynanın faciəsidirsə, digər tərəfdən isə Rusiyanı bir güc mərkəzi olaraq sıradan çıxarmaq üçün fürsətdir. İnanmırıq ki, dünyanın digər güc mərkəzləri bu fürsəti əldən verəcək. Son 15 gündə tətbiq edilən sanksiyalar, Rusiyanın yanında yer alan ölkələr qarşı edilən təzyiqlər onu göstərir ki, Moskva hegemonluğunun sonu çatıb. Rusiyanın son ümidi Çinə idi. Çin Rusiya ilə yarım trilyon dollarlıq ticarət dövriyyəsinə malikdir. Buna baxmayaraq, Çindən Rusiyanın yanında yer almamağı tələb edən dövlətlərlə -Avropa ölkələri, ABŞ Böyük Britaniya ilə -onun iki trilyon dollardan çox ticarət dövriyyəsi var. Səlis məntiqlə düşünsək, Çin iki trilyon dollarlıq ticarət dövriyyəsini yarım trilyona dəyişməyəcək. Yəni Rusiyanın bundan sonra Asiyada öz hegemonluğunu saxlayacağı mümkün görünmür.

Dünya düzəninin yeni dizaynının formalaşması prosesi əksər ölkələr üçün ağrılı keçəcək. Əsasən Avropaya çıxışı olmayan, indiyə qədər dünya ilə Rusiya vasitəsi ilə bağlar quran ölkələr üçün çətin dövrləri başlayacaq. Lakin Qərb Amerika keçid dövrünün sürətlənməsi üçün əllərindən gələni edəcək, böhran keçirən ölkələrə dəstək verəcək ki, keçid dövrü sürətlə bitsin. Bu onların özləri üçün vacibdir. Çünki indiyə qədər Qərb ABŞ-la Rusiya üzərindən, Moskvanın müəyyən etdiyi qaydalarla ticarət edən ölkələr indi bu məkana beynəlxalq hüquqa əsaslanaraq yaradılan nəqliyyat dəhlizləri ilə çıxa biləcək. Bu nəqliyyat dəhlizləri isə Şanxaydan Orta Asiyaya, oradan Xəzər üzərindən Azərbaycana, Azərbaycandan isə Gürcüstan Türkiyə vasitəsi ilə Avropaya qədər uzanacaq. Azərbaycan bir neçə ildən sonra Asiyadan Avropaya doğru vektorlanmış iqtisadi axının kəsişmə nöqtəsinə (hava) çevriləcək. Bu gün Azərbaycanın Avropaya, yalnız bir etibarlı çıxışı var, onu yuxarıda qeyd etdik. Lakin gələcəkdə yaranacaq iqtisadi axının tranzit tələbatını ödəmək üçün nəqliyyat dəhlizlərinin şaxələndirilməsi vacibdir. Bu baxımdan son günlər Azərbaycanla İran arasında reallaşan anlaşma təqdirəlayiqdir. Bu anlaşmaya əsasən ermənilərin naz elədiyi Zəngəzur dəhlizinə alternativ nəqliyyat dəhlizi qurulacaq. Dəhliz infrastrukturunun qurulması üçün İran maliyyələşmənin yarısını öz üzərinə götürür. İran ərazisindən Zəngəzur dəhlizinə alternativ dəhlizin açılması, Azərbaycan üçün Zəngəzur dəhlizinin əhəmiyyətini kifayət qədər azaldır. Amma bu dəhliz Rusiya Ermənistan üçün həyati əhəmiyyətini saxlayacaq. İndiyə qədər Zəngəzur dəhlizinin açılmasını biz təkid edirdiksə, bundan sonra Ermənistan özü yalvaracaq ki, Zəngəzur dəhlizindən istifadə edin. Zəngəzur dəhlizinin açılması isə gələcək üçün Azərbaycana tranzit yüklərdən daha çox qazanc əldə etməkdə faydalı olacaq. Belə ki, elə yük sahibləri olacaq ki, onlar İran ərazisindən keçməkdə maraqlı olmayacaq ya əksinə, o halda biz tranzit yük müştəriləri üçün alternativ təklif etmək imkanlarına malik olacağıq. Beləliklə, gələcəkdə Azərbaycandan Avropaya istiqamətlənən tranzit yüklərin üç alternativi olacaq Gürcüstan -Türkiyə, Ermənistan-Türkiyə İran -Türkiyə üzərindən.

Nəticə olaraq onu qeyd edək ki, dünyada inkişaf edən indiki neqativ tendensiyalar Azərbaycan üçün faydalı fürsətlər verir. Qalır, sadəcə bu fürsətlərdən ağıllı faydalanmaq. Amma bu fürsətlərdən faydalanmaq da göründüyü kimi, o qədər asan deyil. Sadaladığımız bu imkanlar tutaq ki, Azərbaycana milyardlarla dollar gəlir gətirəcək. İndiyə qədər Azərbaycana neft satışından yüz milyardlarla vəsait axıb. Bu vəsaitlərin yeganə faydası işğal edilmiş torpaqların bir hissəsinin azad edilməsində nəzərə çarpır. Bəs vəsaitlərin qalanı haradadır? Əlbəttə, oğru məmurların offşor zonalarda açdığı bank hesablarında o hesablardakı vəsaitlərlə alınan daşınmaz əmlakda. Bu Azərbaycan xalqının sərvətidir o sərvətdən xalq bəhrələnməlidir. Bunun üçün isə şəffaflıq, dürüstlük hesabatlılıq hökumətin əsas hədəfi olmalıdır.

Digər tərəfdən, Qərb nəqliyyat dəhlizi kimi bizi seçəcəksə, Azərbaycanda Qərbyönümlü siyasi sistem qurulmalıdır. Daha doğrusu, indiyə qədər etdiyimiz imitasiyanı reallaşdırmağa cəsarətimiz çatmalıdır. Məsələn, azad mətbuat yaranmalı, ədalətli demokratik seçki keçrilməli, qanunun aliliyi təmin edilməli, rüşvət korrupsiyaya son qoyulmalı, inhisarçılıq aradan qalxmalı rəqabət mühiti formalaşmalı, məhkəmələr müstəqilləşməli s. Bütün bunları bacarsaq, Qərb bizi daimi tərəfdaş kimi seçəcək, yox bacarmasaq, onlar hər an özlərinə alternativ yollar axtaracaq ki, bizdən yaxalarını qurtarsınlar. Azərbaycan xalqının xoşbəxt gələcəyi, məhz Qərbin bu seçiminin qazanılmasındadır. Bunun üçün hakimiyyətdən əl çəkməyə belə, dəyər. Amma hakimiyyətdə qalıb da, bu islahatları həyata keçirmək mümkündür. Bu yolda Azərbaycanın hakimiyyət komandasına uğurlar arzulayırıq. Xalq üçün ən böyük xidmət bu tarixi şansın əldən verilməməsidir.

 Akif Nəsirli

0.015052080154419