FED-in qərarı nə olacaq?
Paralel.az xəbər verir ki, ABŞ Federal Ehtiyat Sisteminin illər sonra siyasət faizini artıracağı gözlənilir. ABŞ-da yüksələn inflyasiyaya nəzarət etmək üçün istiqraz alışından imtina edən və faiz artıran FED-in bu axşamkı iclasda faizləri 25 bənd artıracağı ehtimalı yüksəkdir: “ABŞ Federal Ehtiyat Sisteminin üzvləri illər sonra faiz dərəcələrini artırmaq üçün bir araya gəlib. FED sədri Jerome Powell ötən həftələrdə böyük ehtimalla mart ayında baş verəcək yüksək inflyasiyanı cilovlamaq üçün faiz dərəcələrini artıracaqlarını açıqlamışdı.
İki il əvvəl FED faiz dərəcələrini 1,25%-dən 0,25%-ə endirib. Uzun müddətdir faizə toxunmayan FED, ilk vaxtlar hədəflərinə uyğun gələn inflyasiyanın gedişindən razı qalıb. Koronavirus pandemiyasındakı son yavaşlama ilə, xüsusilə də neft qiymətlərindəki artımın təsiri ilə qlobal inflyasiyanın artmasında ABŞ da öz payına malik olub. Bundan başqa, ABŞ-ın koronavirus pandemiyası zamanı öz xalqına təmənnasız olaraq payladığı pullar da inflyasiyanın formalaşmasına səbəb olub. Bununla belə, koronavirus pandemiyasının təsirlərinin zəifləməsi ilə ortaya çıxan böyük tələbat artımı qısa müddətdə əldəki ehtiyatları tamamlayıb. FED-in bu gün verdiyi faiz qərarı 7,9 faizlik inflyasiya ilə ayaqlaşa bilməsə də, önümüzdəki aylarda faiz artım sürətinin artması ilə inflyasiyanın cilovlanacağı gözlənilir.
ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini yüksəltməsi ilə dollara olan qlobal tendensiyanın artması gözlənilir. Dollara tələbin artması dolları daha da gücləndirsə də, əmtəə qiymətlərinin aşağı düşməsinə səbəb olacağı düşüncəsi bazar rəhbərliyində üstünlük təşkil edir. Dünyanın ən böyük neft hasilatçılarından olan Rusiyanın Rusiya-Ukrayna müharibəsi səbəbindən bazardan çıxarılması neftin qiymətini kəskin şəkildə artırmışdı. Qısa müddətdə neftin qiyməti yenidən 100 dolların altına düşüb.
Faiz qərarından sonra FED sədri Powell saat 21:30-da açıqlama verəcək”.
Nigar