Korona dünyanı tərk edir!?
Rüşvət və korrupsiya «virusu» isə
hələ də qanımızı sormaqda davam edir
Nazirlər Kabinetinin qərarı ilə koronavirus pandemiyası ilə bağlı tətbiq olunan bir sıra məhdudiyyətlər aradan qaldırıldı. Bu təkcə bizim hökumətimizin qərarı deyil, artıq bir çox ölkələr məhdudiyyətlərin bir qismini aradan qaldırıblar. Buna səbəb kimi, həmin ölkələrdə peyvənd olunan əhali sayının, ümumi sayın 70-80 faizi keçməsi göstərilir.
İki il davam elən pandemiya dönəmində görülən qabaqlayıcı tədbirlər nəticəsində demək olar ki, ölkəmiz bu bəladan nisbətən az insan təlafatı ilə qurtula bildi. Burada, heç şübhəsiz ki, insanların öz sağlamlıqlarına həssas yanaşmaları da önəmli rol oynadı.
Bu gün hələ də müəyyən qadağalar qalır və hesab edirəm ki, bu qadağalar da mart ayının sonu, aprel ayının ortalarına qədər aradan qaldırılacaq. Amma, bu heç də o demək deyil ki, biz bir də bu virusa yoluxmayacağıq. Əksinə, unutmaq olmaz ki, viruslar heç zaman bizləri birdəfəlik tərk etmirlər, onlar hər zaman bizim ətrafımızda olur və bundan sonra da olacaqlar, biz sadəcə olaraq onlarla birgə yaşamağı öyrənməliyik.
Yaddan çıxarmayın ki, viruslar da yaltaq, yalançı, riyakar, saxta adamlar kimi həyatımızın bütün dolanbaclaranda qarşımıza çıxacaqlar. Bir dələduz, yaltaq, riyakar, yalançı bizi aldadacaq deyə, qapanıb evdə oturmayacağıq ki? Deməli, bu tip insanlarla necə rəftar ediriksə, onlarla eyni cəmiyyətdə necə yaşayırıqsa, virusla da eyni formada davranmaq lazımdır. Ən əsası çalışın onları özünüzə yaxın buraxmayın, məsafə saxlayın, üzünüzə maska taxmayın və onlara elə bir sifət göstərin ki, sizə yanaşmaqdan belə, çəkinsinlər. Bu tip insanlarla ünsiyyətdən uzaq durun, çünki dələduzluq, yaltaqlıq, riyakarlıq, yalançılıq da koronavirus kimi, çox güclü yoluxdurucu xüsusiyyətlərə malikdir. Buna görə də, onlarla ara məsafəsi saxlamaq çox vacibdir. Bir şeyi də heç zaman yaddan çıxarmayın ki, koronavirus və digər viruslardan müalicə olunmaq mümkün olsa da, dələduzluq, yaltaqlıq, riyakarlıq, yalançılıq kimi viruslardan müalicə olunmaq çox çətindir, demək olar ki, mümkün deyil. Yadda saxlayın ki, dələduzlar, yaltaqlar, riyakarlar, yalançılar çox pulgirdirlər, ona görə də onlarla heç vaxt puldan danışmayın. Bilsələr ki, sizdə pul var, bütün taktikalarını işə salıb, o pulu sizdən alacaqlar. Onu da unutmayın ki, pulgir, acgöz dələduzlar, yaltaqlar, riyakarlar, yalançılar pullandıqca, böyüyüb rüşvətxorlara, korrupsionerlərə, monopolistlərə çevrilirlər. Bu isə artıq virusun müalicə olunmayan forması sayılır.
Azərbaycan xalqı və dövləti uzun illərdir bu «virusa» qarşı mübarizə aparsa da, hələ də müsbət bir nəticəyə nail ola bilməyib. Çünki onun yoluxma gücü, istənilən digər viruslardan qat-qat daha çoxdur. Bu virus həm də ona görə təhlükəlidir ki, çox sürətlə mutasiya olunaraq müxtəlif ştammlar yarada bilir. Azərbaycan kimi ölkələr bu virus üçün ən münbit məkan sayılır. Çünki burada bu virusa qarşı immunitet çox zəif olduğundan, virusun hər kəsi yaxalamaq və yoluxdurmaq imkanı var. Belə olduqda, həm də onu aşkarlayaraq məhv etmək çətin olur. Çünki öz həmcinsləri ilə tez bir zamanda mutasya olunaraq başqa formalara keçə bilir. Məsələn, bu virus bir məktəbə düşürsə, bütün məktəbi, xəstəxanaya düşürsə, bütün həkimləri, hüquq-mühafizə orqanlarına düşürsə, bütün hüquq-mühafizə orqanları əməkdaşlarını yoluxdura bilir.
Rüşvət, korrupsiya, inhisarçılıq mutasiyalarina uğrayan dələduz, yaltaq, riyakar, yalançı virusların ölkəmizdə geniş yayıldığı sahələrdən biri də, rayon icra hakimiyyətləri və onların yerli strukturlarl olan icra nümayəndəlikləri və bələdiyyələrdir.
Hə millət, koronavirus pandemiyası dünyadan köç edib gedir. Görür ki, burada onsuz da milləti zəlil gününə qoyan istədiyin qədər virus var ki, onlara heç bir başqa virusun gücü çatmaz.
Korona gedir. Amma dələduzluq, yaltaqlıq, riyakarliq, yalançılıq və onların ştamm olan rüşvətxorluq, korrupsiya, inhisarçılıq virusları hələ də aramızda dolaşır. Bu virusların pandemiya dövrü müstəqilliyimizlə eyni vaxta təsadüf etsə də, deyəsən ölkəmizdən getmək niyyətində deyil. Bunun üçün bir millət olaraq hər birimiz mübarizə aparmalıyıq.
«Dəmir Yumruq» ölkənizdən getməyəcəyəm deyən erməni virusunu 44 günlük Zəfər Qələbəsi ilə torpaqlarımızdan iti qovan kimi qovmağa nail oldusa, Azərbaycan xalqı da, rüşvət, korrupsiya, inhisarçılıq virusuna qarşı eyni rəşadətlə mübarizə apararaq, onun tam olaraq məhv edilməsi üçün əlindən gələni etməlidir. Lazım gəlsə, bu yolda da «şəhid» olmaqdan çəkinməməlidir.
Çünki rüşvət, korrupsiya, inhisarçlılıq virusu ölkəmizə, dövlətimizə heç də, erməni və korona virusundan az zərər vurmur. Onun vurduğu zərbələr daha ağırdır, amma biz nədənsə susuruq. Çünki bu bizim ən zəif yerimizdir. Onlar da bunu bilir və bundan bacardıqları kimi istifadə edirlər.
Yusif Seyid
Paralel.az