İtaliya hakimiyyətinin həbs qoyduğu villa
İtaliya hakimiyyəti Ukrayna hadisələri ilə bağlı Avropa Birliyinin sanksiya siyahısında olan rusiyalı iş adamı Əlişir Usmanovun və tanınmış teleaparıcı, azərbaycanlılara qarşı xüsusi aqressivliyi ilə seçilən ermənipərəst Vladimir Solovyovun əmlaklarına həbs qoyub.
İtaliya mediası Solovyovun Komo gölündəki iki villasına, eləcə də Usmanovun Sardiniyadakı villasına həbs qoyulduğunu bildirib.
İtaliya xarici işlər naziri Luici Di Maio da AB-nin sanksiya siyahısında olan rusiyalıların əmlakının həbsinə başlandığını təsdiqləyib.
Qeyd edək ki, sosial şəbəkələrdə Solovyovun həbs edilən villasının fotosu yayılıb.