Şəhid kəşfiyyatçıların Anım mərasimi keçirilib

Şəhid kəşfiyyatçıların Anım mərasimi keçirilib
 

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsi veteranları şəhidlərimizlə bağlı silsilə tədbirləri davam etdiriblər.

Paralel.az xəbər verir ki, bu dəfə müharibə veteranları Beyləqan rayonunda şəhid Zülfü Rəhim oğlu Qədimovun Anım mərasimində iştirak ediblər.

Zülfü Rəhim oğlu Qədimov 16 iyun 1088-ci ldə Ağdam rayonu Mərzili kəndində anadan olub. N saylı hərbi hissədə müddətdən artıq xidmətdə olub. 28 fevral 2017-ci ildə öz vəzifə borcunu yerinə yetirərkən şəhid olub və bu gün onun Anım mərasimi keçirilib. O, qəhrəmancasına şəhid olmuş 5 nəfər kəşfiyyatçıdan biri idi.

Müharibə veteranları şəhidin məzarını ziyarət etmişlər. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov AVMVİB sədri Füzuli Rzaquliyevin adından şəhidin ailə üzvlərinə başsağlığı vermiş və ruhuna dualar oxumuşlar.

Məkanları cənnət olsun!

Elçin Qədirov
Qarabağ üzrə müxbir, Beyləqan

 

0.018182039260864