Putinin portreti – Putin niyə məğlub olacaq?
Siracəddin Hacı Yazır:
- Putinin idealı – hədəfi var, Rusiyanı öncəki gücünə qovuşdurmaq istəyir;
- bu hədəfi hərbi güclə, şiddətlə, qorxu ilə gerçəkləşdirməyə çalışır;
- anlamır ki, hərbi güc yetərli deyil, ədalət, azadlıq, iqtisadi imkan, elm olmasa, Rusiyanın dünya gücünə çevrilməsi, bu gücün davamlılığı imkansızdır;
- Putinin hədəfi ilə Rusiyanın imkanları arasında ziddiyyət var;
- Putin nə etmək lazım olduğunu bilsə də, nə etmək lazım olmadığını bilmir;
- özünü – Rusiyanı deyil, başqalarını zor gücünə dəyişdirməyə çalışır, bu, imkansızdır, anlamır ki, Rusiya dəyişsə, ona bağlı hər şey dəyişər, Rusiya azadlıq, ədalət, rifah ölkəsi olsa, hər kəs onunla iş görər;
- Putin ədalətə, azadlığa, azad mətbuata nifrət edir, bu dəyərlərə Rusiyanı dağıdan, onun hakimiyyətinə təhlükə yaradan vasitə kimi baxır;
- fərqliliyi qəbul etmir;
- özünü ağa sayır, Ukraynanı ağasına üsyan etmiş kölə hesab edir, onu, onun vasitəsilə bütün kölələrini cəzalandırmağa çalışır;
- psixoloji sərmayəsi zəifdir – Rusiyanın və özünün gələcəyindən qorxur;
- çox asanlıqla və davamlı olaraq yalanlar danışır, bu da onu ictimai dəstəkdən məhrum edir;
- tənqidə açıq deyil, bu da səhvlərin çoxalmasına yol açır;
- təcrübəlidir, ancaq bu təcrübə onu mən hər şeyi bilirəm anlayışına yönəldir;
- ətrafında fərqli düşünən, düşündüklərini dilə gətirən insanlar yoxdur;
- gülümsəməyi zəiflik sayır;
- qəzəbli görünməyi güclü olmağın əlaməti zənn edir;
- hiyləgərdir, aldatma yollarını yaxşı bilir;
- ümidi deyil, qorxunu təmsil edir, bu da insanların nifrətini çoxaldır;
- məlumatlı olsa da, az oxuyan adamdır, elə buna görə də nitqi yoxsuldur, şablon cümlələrdən ibarətdir, nitqi daha çox əmr cümlələri üzərində qurulmuşdur;
- uzlaşmağın, güzəştə getməyin, barışmağın zəiflik olduğuna inanır;
- barışmaq deyəndə mənim fikirlərimi qəbul etməlisiniz mesajını verir;
- hədələmək, bağırmaq, qəzəbli görünmək gücdür deyir;
- çox təkəbbürlüdür, əzməyi, kiçiltməyi, xor görməyi sevir;
- tərif xəstəsidir;
- açıq rəqabətdən qaçır, rəqiblərinin əlini qorxu ilə bağlayaraq yarışmağa çalışır;
- gücə itaət edir, onun bütü gücdür;
- hakimiyyətini qorumaq üçün hər şeyi, hər kəsi qurban verər;
- yaltaqlarla, onu ilahlaşdıranlarla iş görür;
- kimsəyə güvənmir;
- insanların təktipli olmasını istəyir;
- ona etiraz etməməyi sədaqət sayır;
- fərqli düşünənləri xain hesab edir;
- idarəçiliyinin əsasında əhliyyət və ləyaqət deyil, Putinə sədaqət və itaət var;
- inanır ki, qorxu, hərbi güc və cahil toplumla Rusiya dünya dövləti ola bilər;
- qapalı adamdır, davamlı olaraq özünü gizləməyə çalışır, səmimiyyəti zəiflik hesab edir;
- Putinin zehniyyəti şablonlara bağlıdır, bu düşüncənin dünyanı doğru oxumaq imkanı yoxdur;
- Rusiya dünya gücü ola bilər, bunun yolu qorxu, cəhalət, şiddət, təcrid deyil, ədalət, azadlıq, elm, rifah, əməkdaşlıqdır;
Paralel.az